• Rus Dili
  • Reklam
    » » “Türkiyə düşmənlərinə səs verməyin” – Ərdoğan Almaniyada yaşayan türklərə səsləndi
    

    “Türkiyə düşmənlərinə səs verməyin” – Ərdoğan Almaniyada yaşayan türklərə səsləndi

    19-08-2017, 02:40
    Oxunub: 226
    Şərhlər: 0
    Çap versiyası
    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından çıxdıqdan sonra jurnalistlərin sualına cavab verib.
    “Türkiyə düşmənlərinə səs verməyin” – Ərdoğan Almaniyada yaşayan türklərə səsləndi
    agxeber.com avropa.info-ya istinadən xəbər verir ki, Ərdoğan Türkiyəni hədəf göstərən Gömrük İttifaqı açqılamalarını tənqid edərək deyib ki, Almaniya daxili münaqişələri siyasi proseslərə çəkib.
    “Almaniya AB hüquq konsepsiyasına əməl etməyən ölkəyə çevrilib. Məsuliyyəti Almaniya daşıyır. Almaniyada yaşayan vətəndaşlarımıza deyirəm: bunların hamısı Türkiyə düşmənidir, nəbadə bunları dəstəkləyəsiz. Türkiyə düşmənçiliyi etməyənlərə dəstək verin. Onların ağlına da ehtiyacımız yoxdur. Almaniyadakı siyasi partiyaların bu mübarizəni demokratik tərzdə aparmaqları lazımdır. Bunu Hamburq sammitində də gördük. Oradan qayıtdıq gəldik, ancaq dəyişən bir şey yoxdur. Orada əsil bu işi dəyişdirəcək hal səs hüququ olan 1 milyona yaxın türk seçicimizdir. Türk seçicilərimiz Türkiyəyə qarşı bu cür hörmətsizlik edən siyasi partiyalara qarşı səsvermə zamanı lazımi dərsi verməlidir” – Ərdoğan belə deyib.
    Almaniyada görüldüyü deyilən, axtarışda olan FETÖ “imam”ı Adil Öksüzlə bağlı sualı cavablandıran Ərdoğan deyib ki, Türkiyə üzərinə düşən diplomatik vəzifəsini yerinə yetirir. Məsələ ilə bağlı Türkiyə Almaniyaya nota verib və bu məsələdə lazımi addımların atılmasını tələb edib:
    “Almaniya öz vətəndaşlarını bizdən istəyərkən necə fərqli mövqe göstərirsə, biz də orada olan terrorçuları özlərindən istəyirik. Onlar cinayətkarı istəyir, biz terrorçunu istəyirik. 4 min 500 nəfərlik terrorçu dosyesini mən şəxsən Merkelin özünə verdim. Amma bunlardan hər hansı bir reaksiya olmadı. Hal-hazırda onların bizdə 3-5 nəfər həbs olunan şəxsi var. Mütəmadi olaraq onları tələb edirlər. İnciməsinlər, onların məhkəməsi varsa, bizim də məhkəməmiz var. Məhkəmə bu məsələ ilə bağlı qərar verər, qərardan sonra nə lazımdırsa onu edərik”.
    скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.