• Rus Dili
  • Reklam
    » » AĞ Prtiya başqanı Mehman Əliyevin həbsini pislədi.
    

    AĞ Prtiya başqanı Mehman Əliyevin həbsini pislədi.

    25-08-2017, 18:50
    Oxunub: 312
    Şərhlər: 0
    Çap versiyası
    AĞ Prtiya başqanı Mehman Əliyevin həbsini pislədi.

    AĞ Partiya başqanı Tural Abbaslı : Vergidən yayınma və səlahiyyətləri aşma maddələri ilə Turan İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyevin həbsinı AĞ Partiya olaraq qınayır, qətiyyətlə pisləyir və siyasi sifarişli həbs hesab edirik. Rusiyaya "xalqlar həbsxanası" deyilirdi. Təəssüf ki, 21-ci əsrdə mövcud hakimiyyət Azərbaycanı ictimai-siyasi fəal vətəndaşların həbsxanasına çevirməkdədir. Daim dəyişən dünyada, təəssüf ki, hələ də Azərbaycan ötən əsrin qayda-qanunları ilə idarə edilir. Bütün bunlara görə məsuliyyəti ancaq YAP rejimi daşıyır.
    AĞ Partiya olaraq Turan İnformasiya Agentliyində keçirilən axtarış və ardınca da Mehman Əliyevin həbsini azad mediaya növbəti basqı və hucum kimi qiymətləndiririk.
    AĞ Partiya mövcud hahimiyyəti xəbərdar edir ki, bu cür siyasət Azərbaycanı sivil dünyanın gözündə "cəngəllik qanunlarıyla" idarə olunan ölkə vəziyyətinə salır və bununla da Azərbaycan dövlətinin imicinə dünyada çox ciddi zərbə dəymiş olur. Belə bir imicə sahib dövlətin Qarabağ danışıqlarında masa arxasında hansısa uğura imza atması böyük şübhə doğurur.
    Hələ gec deyil , uçuruma aparan yoldan dönmək mümkündür. Bunun üçün ilk öncə Mehman Əliyevin üzərindən saxta ittihamlar götürülməli, davamında bütün siyasi məhbuslar azad edilməlidir. Ancaq bu olan hald cəmiyyətimizdə yaranmış düşmənçilik mühiti milli birlik və barışıq mühiti ilə əvəz oluna bilər. Heç kəsə sirr deyil ki, ancaq cəmiyyəti ilə hakimiyyəti arasında barışıq mühiti hökm sürən dövlətlər uğur qazana və inkişaf edə bilər. Güclü, varlı və firavan Azərbaycan naminə hər kəs üzərinə düşən məsuliyyəti dərk etməli və bu məsuliyyətdən irəli gələn öhdəlikləri icra etməlidir.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.