• Rus Dili
  • Reklam
    » » “Rusiya Ukraynada yeni məkrli plan qurur” - Qərb mətbuatı
    

    “Rusiya Ukraynada yeni məkrli plan qurur” - Qərb mətbuatı

    10-09-2017, 13:43
    Oxunub: 91
    Şərhlər: 0
    Çap versiyası
    “Rusiya Ukraynada yeni məkrli plan qurur” - Qərb mətbuatı

    BMT Baş Assambleyasının sessiyası öncəsində Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə bağlı yeni planını açıqlayıb. O, bununla bağlı qətnamə layihəsini Baş Assambleyanın gündəliyinə təqdim edəcəyini bildirib.

    Bu plan əvvəlkilərdən ən azı kosmetik cəhətdən xeyli fərqlənir və bir sıra yenlikləri ehtiva edir. Ümumi rəy isə bundan ibarətdir ki, Moskva sadəcə ABŞ-ın Ukraynaya ağır silahlar vermək perspektivindən qorxuya düşüb və hazırda bu perspektivi əngəlləməyə çalışır.

    Rusiya prezidentinin gətirdiyi yenilik onun Ukraynada, münaqişə zonasında BMT sülhməramlılarının yerləşdirilməsi ilə bağlı təklifidir. Əslində Ukraynanın özü də bu məsələdə çoxdan israr edirdi. Lakin Rusiyanın təklifi və niyyəti Kiyevin təqdim etdiyi plandan olduqca fərqlənir.

    İsveçrənin “Neue Zuercher Zeitung” qəzetinin verdiyi məlumata görə, Rusiyanın planı nəticəsində Ukrayna öz ərazisində həm siyasi təşəbbüsü, həm də müharibənin ümumi təfsiri məsələsində üstünlüklərini itirə bilər.

    Belə ki, Rusiya sülhməramlıların sadəcə münaqişənin təmas xəttində yerləşdirilməsini təklif edir. Ukrayna isə sülhməramlı qüvvələrin Ukraynadan ayrılan bütün ərazilərə yayılmasını və nəzarət etməsini istəyir. Ukrayna bununla Moskvanın separatçı qüvvələrə silah və ərzaq təchizatını dayandırmaq niyyətindədir.

    Bundan başqa Putin Kiyevin “sülhməramlı missiya”nın hazırlığı naminə qiyamçı bölgələrin başçıları ilə birbaşa təmas qurmasını arzulayır ki, bu da Ukrayna tərəfindən həmin bölgələrin varlığının rəsmi surətdə tanınması anlamına gələ bilər.

    “Beləliklə Putinin BMT-nin “mavi dəbilqəli”lərini Ukraynaya daşımasında əsas niyyəti əslində indiki status-kvonu saxlamaqdan başqa bir şey deyil. Yəni Ukrayna parçalanmaqda davam edəcək, Moskva isə separatçıları silahlandıraraq özünü yeni “sülhpərvər” rolunda göstərəcək”, - qəzetin yazarı Bencamin Tribe yazır.

    “Xeyr ola, Rusiya prezidenti indi də BMT-də sülhməramlı missiyadan danışmağa başlayıb”, - İsveçin keçmiş baş naziri Karl Bildt “The Washington Post”da yazıb.

    Keçmiş baş nazirin fikrincə, Putinin təklif etdiyi sülhpərvər missiya versiyası qəti surətdə uğursuzluğa məhkumdur: “Putin sülhməramlı qüvvələrin öz dəstəklədiyi separatçı güclərlə Ukraynanın qalan hissəsinin arasına yerləşdirilməsini istəyir. Bununla o, münaqişənin sanki Ukraynanın daxili məsələsi kimi qəbul olunması niyyətini güdür. Beləliklə Kreml Rusiyanın həmin torpaqlarda hərbi qüvvə ilə mövcudluğunu və Ukraynanın bir hissəsinin işğalı faktını gizlətməyə çalışır”.

    Karl Bildt Kremlin Donald Tramp administrasiyasının Ukraynaya müasir silahlar vermək niyyətindən açıq-aşkar narahat olduğunu düşünür: “Bu, Rusiyanın 2014-cü ildə olduğu kimi gələcəkdə Ukraynaya özünün nizami ordusu ilə zərbə endirməsinə ciddi əngəl törədə bilər”.

    İsveçli siyasətçi hər şeyə rəğmən ABŞ-ın Ukraynaya silah vermək barədə niyyətini həyata keçirməli olduğunu yazıb. Onun fikrincə, ən effektiv sülhpərvər missiya Minsk sazişlərinin icra edilməsi, Rusiya qoşunlarının işğal olunan ərazilərdən çıxarılması və bu bölgələrin yenidən Ukraynanın nəzarətinə verilməsi ola bilər.

    Almaniyanın “Die Welt” qəzeti isə bütün bu olanların fonunda xarici işlər naziri Ziqmar Qabrielin anti-Rusiya sanksiyalarını zəiflətmək barədə çağırışlarını sərt şəkildə tənqid edib.

    “Bizim xarici işlər nazirimiz Ukraynanı parçalamağı qarşısında məqsəd qoyan Putinin təbliğat xarakterli manevrinin əsas ruporuna çevrilib. Qabriel Putini “cəsarətli” təklifinə görə mükafatlandırmaq fikrinə düşüb”, - yazı müəllifi Rixard Hertsinger hiddətlə yazır.

    Jurnalistin fikrincə, Putin bu yeni planı ilə Ukrayna torpaqlarının işğalına qanunilik qazandırmaq, həmçinin “DXR” və “LXR” kimi qondarma qurumları möhkəmlətmək məqsədini güdür. Bundan başqa Putin usta manevrlə Ukraynanı qəbuledilməz şərtlərlə müdafiə olunan və işğala məruz qalan tərəfdən, müharibənin davamını arzu edən tərəfə çevirmək istəyir. (musavat.com)скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.