• Rus Dili
  • Reklam
    » » Azərbaycanda dərhal islahatlar paketi hazırlanmalıdır - Ağ Partiya üzvü yazdı
    

    Azərbaycanda dərhal islahatlar paketi hazırlanmalıdır - Ağ Partiya üzvü yazdı

    19-09-2017, 00:49
    Oxunub: 701
    Şərhlər: 0
    Çap versiyası
    Azərbaycanda dərhal islahatlar paketi hazırlanmalıdır - Ağ Partiya üzvü yazdıAğ Partiya üzvü Fariz Kərimov

    21 fevral 2015-ci ildə Azərbaycanda ilk devalivasiya baş verdi. Bu hadisə bütün ölkədə "soyuq duş" effektini yaratdı. Zaman göstərdi ki, devalivasiya nə mövcud hakimiyyət, nə biznes sektoru, nə də ki, əhali hazır deyildi.

    Dərhal əsas strateji olan ərzaq, kommunal, dərman ləvazimatlarının qiymət artımı müşahidə olundu. Dövlət xaotik tədbirlərə əl atmağa başladı, amma bu tədbirlər özünü doğrultmadı.

    Zamanında neftdən gələn gəlirlər hakimiyyətin gözünə pərdə asmışdı və bu gəlirlər heç bir zaman tükənməyəcəyini zənn edirdilər. Amma durum bu konsepsiyanın səhv olduğunu sübüt etdi.

    Hər bir normal menecmenti olan dövlətin antiböhran layihə paketi mövcuddur, bizim isə bu növ proyektlərə zamanımız və həvəsimiz yoxdur, xaotik tədbirlərə daha üstün verilir.

    Həmin tarixdən artıq iki ildən çox bir zaman keçdi və hətta ikinci devalivasiya da tarix səhifələrinə qovuşdu. Hamılıqla islahatlar haqqında dəm vuruldu, amma indiyə kimi ciddi bir proje ortalığa çıxmadı, əksinə lazımsız tədbirlər həyata keçirilmişdir və durum daha da gəlizləşdi.

    Sosial şəbəkələrdə aktiv diskussiya dövrü başladı. Vəzifəsindən, çalışdığı sahəsindən, təhsilindən asılı olmayan Azərbaycanın hər bir aktiv facebook istifadəçisi islahatlar haqqında bir status yazaraq fikrlərini bölüşmək özlərinə vətandaş borcu hesab etdilər.
    İqtisadiyyat üzrə ekspertlər hətta real keyslər misal çəkərək hakimiyyət nümayəndələri ilə əməkdaşlıq etmə mesajını çatdırdılar. Amma təəssüf ki, indiyə kimi heç bir irəliləyiş müşahidə olunmur və bunun da bir neçə səbəbləri var. Bu haqda biraz sonra.

    Ağ Partiyanın bir üzvü olaraq, mən də islahatlar mövzusuna toxunmaq istərdim.

    İlk devalivasiyadan sonra hamı iqtisadi islahatlar haqqında öz rəyini bildirməyə başladı bə müxtəlif təkliflər səsləndi. Sözsüz ki, təkliflərin arasında həqiqətən də çox faydalı və əsaslanmış görüşlər var idi və onları həyata keçirmək olar, amma əziz ekspertlərin əsas səhvi ondan ibarət idi ki, onlar bütün gücü əsasən iqtisadi məsələlərə doğru apardılar, amma iqtisadi inkişaf əldə etmək üçün paralel şəkildə digər sahalərdə işə düşməlidir.

    Burada sual yaranır ki, hansı sahələr? Bu məqalədə qısaca olaraq bir necə sahələrə toxunmaq istərdim.

    İqtisadi irəliləyiş əldə etmək üçün, sözsüz ki, hüquqi tərəfdən dəstək olmalıdır, yəni qanun mexanizmi ancaq kağızda yox, işlək mexanizmi yaradılmalıdır.
    Azərbaycanda mövcud qanunvericilik həqiqətən də, bəzi istisnaları çıxmaq şərti ilə, çox gözəl yazılıb, təəssüf ki, icra mexanizmi demək olar ki, yox səviyyəsindədir.
    Bu durumu düzəltmək üçün qanun icra edən orqanlarında ciddi və şəffaf kadr islahatı aparılmalıdır. Konstitusiyanın əsas məddələrindən olan "hamı qanun qarşısında bərabərdir" prinsipi tam ciddiliyi ilə riayət olunmalıdır. Məhkəmə sistemi, hakimiyyətin bir azad qolu olaraq şəffaf şəkildə işləməlidir. Sifarişli proseslərə son qoyulmalıdır. Bunun çox gözəl bir nümunəsi var, qısa zamanda böyük nailiyyətlər əldə etmişdir Sinqapur, islahatları məhz məhkəmə və qanunvericilik islahatları ilə başlamışdı. Hətta Böyük Britaniyanın təqaüdə çıxmış hakimləri müqavilə əsasında işə cəlb etmişdilər.
    Qanunun ədalət prinsiplərinə əsaslanaraq işləməsi, Sinqapur kimi korrupsiya içində batan ölkəni qısa zamanda proqressiv bir ölkəyə çevirdi. Məmurlar anlayırdılar ki, qanunun aliliyi onları tutduğu vəzifəsindən asılı olmayaraq sorğuya çəkəcək və onlar qanunun ən sərt tərəfi ilə muhakimə olacaqlar. Bu tip misalı Gürcüstan Respublikasından da çəkmək mümkündür. Yani bizim ölkəyə yaxın olan rejimləri islahatlar yolu ilə dəyişmək mümkün oldusa deməli bizdə də bu keçərlidir.

    İslahatlar paketinin digər ciddi bir dəyişikliyi hal-hazırda bərbad vəziyyətdə olan Azərbaycan təhsil sisteminə toxunmalıdır.

    Konkret addımlar atılmalıdır və dünya praktikasında özünü təsdiq etmiş bir sistem Azərbaycana adaptasiya olaraq tətbiq olunmalıdır.
    Burada müəllim maaşı və digər, artıq illər boyu, çeynənmiş mövzulara toxunmaq istəməzdim. Mənim əsas marağımı cəlb edən mövzu peşə liseyləri və kolleclərdi. Onlar demək olar ki, öz mahiyyətini itiriblər. Amma, hətta inkişaf etmiş ölkələrdə bu tip tədris mərkəzləri çox populyar və aktualdır. İnsanlar üzünü həmin kolleclərə tutaraq yeni peşəyə sahib olaraq işə düzəlir. Hamı ali təhsil dalınca qaçmamalıdır. Cəmiyyətin hər bir təbəqəsi nəzərə alınmalıdır.

    Misal üçün, hal-hazırda yaşadığım Kanadada, əsasən hər bir peşə liseyi və ya kollec hansısa böyük bir Universitetin nərzindədi. İmkanı və ya bilik səviyyəsi aşağı olan şəxslər həmin müəssisələrdən faydalanaraq, qısa bir zamanda hər-hansısa peşəyə nail olub özlərinə iş tapılar. Kollecləri ayaqda saxlayan bir mühüm məsələlərdən biri də odur ki, peşə üzərində (misal üçün, bərbər, maşın ustası və s.) işə düzəlmək istəyirsənsə mütləq sənin lisenziyan olmalıdır. Həmin lisenziyanı tələbələr əldə etmiş bilikləri sayəsində imtahan keçərək əldə edir. İmtahan tədris müəssisələrində yox, ASAN xidmət tipli bir məkanlarda, yani 3-cü tərəf və heç bir marağı olmayan qurumlarda verilir. Bu misalın digər müsbət tərəfidə işə götürən şirkət tərəfindədir, çünki işini diplomlu və lisenziyası olan bir peşəkara etibar edir.

    Bu tip misallar dünya təcrübəsində çox saylıdır. Və inanıram ki, Azərbaycanda da bu islahatları həyata keçirmək mümkündür, təki istək olsun.

    AĞ Partiya olaraq, Azərbaycanın mövcud olan durumdan çıxmağını istəyirik və bu məsələdə hakimiyyətlə dialoqa getməyə hazırıq, çünki mövzu şəxsi maraq və ambisiyalar deyil, ölkədə mövcud durumu düzəltmək və daxili stabilliyi qorumaqdır.

    AĞ Partiya mühafizəkar partiya olaraq, hər zaman vurğulayıb ki, bizlər üçün dövlətçilik, milli maraqlar öz siyasi maraqlarımızdan daha üstündür, çünki biz Azərbaycan xalqı üçün çalışırıq, qərbin və digərlərin maraqları üçün yox, bu da bizim ənənəvi müxalifətdən ən böyük fərqlərdən biridir.

    Allahın izni ilə, bu məqalənin ardı olacaq.

    Qısa zamanda, sahibkarlara həqiqi dövlət dəstəyi və peşəkar ordu haqqında mövzulara toxunacam, İnşaAllah.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.