• Rus Dili
  • Reklam
    » » Azadlıq və müsavat haqqında (Təhlil)
    

    Azadlıq və müsavat haqqında (Təhlil)

    20-09-2017, 17:59
    Oxunub: 685
    Şərhlər: 0
    Çap versiyası
    Azadlıq və müsavat haqqında (Təhlil)

    Rəvan Şirvani.
    Ağ Partiya başqanının İdeoloji məsələlər üzrə müşaviri






    Bəlkə də tarix boyu haqqında ən çox yazılan, danışılan və bir çoxları üçün hava-su qədər dəyəri və öncəliyi olan bu anlayışların məzmunu üzərində heç düşündünüzmü!? Nədir azadlığın tərifi!? Görəsən, bərabərliyin (müsaviliyin) dadı, duzu, rəngi varmıdır? Varsa nədir!?
    Üləmaya görə, sayılabilən ölçüləbilən kəmiyyətlərin (quantitive) pozitiv bir məzmunu vardır. Konkret olaraq pozitiv bir məzmun (dadı,duzu, rəngi, kilosu, boyu, eni v.s) bunların tərifini və ya nə olduğunu asanlıqla anlamağı mümkün hala gətirməkdir. Yəni, rahatlıqla birbaşa anlam qazanır.
    Keyfiyyətlərin (qualitive) isə pozitiv bir məzmunu olmadığı üçün birbaşa anlam qazanmır. Əksinə, öz ziddi ilə dərk olunur. Bir digər ifadə ilə desək, “nə olduğu” ilə deyil “nə olmadığı” ilə anlam qazanır.
    Ağlın eynililk (identity) prinsipi..
    İnsan ağlının eynilik prinsipi qeyri olanı da ortaya qoyar. Məsələn A, A-dır demək həm də A qeyri A olmayandır deməkdir. Eynilik varsa məcburi olaraq qeyrilik də vardır. “Mən” varsa məcburi olaraq “Sən” də vardır.
    Məsələn: “sağlamlıq” sözünün birbaşa pozitiv məzmunu yoxdur. Ziddi olan “xəstəlik” ilə anlam qazanır . Yəni “sağlamlıq” “xəstəliyin” olmamasıdır. Və ya “yaxşılıq” “pisliyin” olmamasıdır.
    Azadlıq və bərabərlik (müsavilik) də keyfiyyət (sayılabilməyən, ölçüləbilməyən) əsaslı qəbildən olduğu üçün bəlkə də insanlar tərəfindən guya asanlıqla anlaşılan lakin istismara ən çox məruz qalan anlayışlardandır. Hətta, “azadlıq” anlayışı “sərbəstlik” anlayışı ilə qarışdırılacaq qədər aşağı səviyyəyə çəkilməktədir.
    Halbuki, bu anlayışlar “nə olduğu” ilə deyil, “nə olmadığı” ilə anlam qazanan qəbildəndirlər.
    Yəni;
    -ƏSARƏT anlayışı olmadan AZADLIQ,
    -BƏRABƏRSİZLİK anlayışı olmadan MÜSAVİLİK
    -ZÜLÜM anlayışı olmadan ƏDALƏT
    həqiqi mənasında anlam qazana bilməz.
    Bəlkədə bu müstəvidən baxaraq şüar halına gətirilən azadlıq, bərabərlik və ədalət anlayışlarının istənilən səviyyədə sosial dəstəyinin olmamasını anlamaq olar.
    Əgər “nə olduğu” ilə deyil, “nə olmadığı” ilə soruşsaq...
    Görəsən gərçək anlamda əsarət, bərabərsizlik və zülm varmı yoxsa mübaliğəmi edirik!?
    QEYD: Əsarət, bərabərsizlik və zülm ümumiyyətlə bizim dəyərlərimizdə yoxdur . Daha ətraflı sonra.. !
    скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.