Fariz Kərimov : Çıxış yolu » Ağ Xəbər
  • Rus Dili
  • Reklam
    » » Fariz Kərimov : Çıxış yolu
    

    Fariz Kərimov : Çıxış yolu

    27-09-2017, 23:16
    Oxunub: 1 409
    Şərhlər: 0
    Çap versiyası
    Fariz Kərimov : Çıxış yolu




    Fariz Kərimov
    AĞ Partiya üzvü, hüquq eksperti


    Bu günlərdə Əlixan Rəcəbovun, (tanınmış bloger) "CV" adlı bir satirik video bloqunu (Video yazının sonunda təqdim olunub) izlədim. Ümumən, Əlixan bəy son zamanlar yumorla çox aktual mövzulara toxunur. Cəmiyyətimizin daxili problemləri haqqında bəhs edərək, öz şəxsi dəsti-xəttini yaradıb və bununla, şit zarafatlar edən, gənclərə heç bir faydası olmayan blogerlərdən, "Vine" çəkənlərdən fərqlənərək irəli addımlayır. Bu işdə Əlixan bəyə öz minnətdarlığımı bildirirəm və gələcək işlərində uğurlar arzulayıram.

    Qayıdaq sözü gedən videoya. Orada mühüm bir neçə topiklərə toxunulub. Söhbət əsasən, ali təhsilini bitirib iş tapa bilməyən tələbələr, iş təcrübəsi olmayan kadrlar, hərbi xidmətdən yeni qayıtmış universitet məzunları haqqında gedir. Mən bu siyahıya fiziki qüsurlu şəxsləri də əlavə edərdim.

    Həqiqətən də, real həyatda bu tip problemlərlə, demək olar ki, hər birimiz rastlaşmışıq.

    Amma bunun çıxış yolu nədir? Çıxış yolu sözsüz ki, işlək mexanizmi olan və bütün həyati reallığı əks etdirən qanun islahatlarıdır.

    Misal üçün bir sıra avropa ölkələrinin və hal- hazırda yaşadığım Kanadanın təcrübəsini Azərbaycana adaptasiya edərək yeni və daha proqressiv əmək qanunvericiliyini yaratmaq olar.

    Şimali Amerika təcrübəsindən bir sıra misal çəkmək istərdim. Fəaliyyət göstərən iri şirkətin 10%-ni yeni məzun olmuş tələbələr təşkil etməlidir. Təsəvvür edirsinizmi? Nə az, nə çox düz 10%. Həmin məzunların təcrübəsi önəmli deyil. Təcrübəni və digər ixtisasartırma proqramlarını onlar çalışdığı müəssisənin hesabına əldə edirlər. Bu proqram dövlət tərəfindən dəstəklənir və şirkətlərə "skills for employment investment project" adı altında uzun müddətli və güzəştli subsidiyalar ayrılır. Əsas tələb olunan kriteriyalar təhsildir. Bu da gənclərdə ali təhsil almaq motivatsiyası yaradır. Hətta təhsil haqqı ödəyə bilməyən, az təminatlı ailələrin uşaqlarına və tələbə arzusu ilə yaşayan vətəndaşlara dövlət faizsiz və 10 illik kredit ayırır. Kreditin məbləği tələbənin həm təhsil, həmçinin digər xərclərini də (ev kirayəsi, aylıq həyat təminatı və ictimai nəqliyyat) qarşılayır. Bütün bu məsələlər qanunvericiliklə tənzimlənir və bizə keçmişdən tanış olan dövlət təminatı öz effektivliyini təsdiq edir.

    İkinci məsələ, hərbi xidmətdən yeni qayıtmış tələbələr problemidir. Təsəvvür edin, ali təhsil almış potensiallı gənc həyatının bir ilini heç bir faydası olmayan hərbi hissədə keçirir. Geriyə dönərək sağlamlığını bərpa etməklə məşgul olur və əldə etdiyi biliklərini praktiki şəkildə istifadə etmədiyi üçün "potensiallı gənc kadr" statusunu itirir.

    Burada əsas çıxış yolu, sözsüz ki, Azərbaycanda professional ordu qurulmasıdır. Təsəvvür edin ki, bircə bu addım neçə rüşvət alma məntəqələrini ləğv edəcək. Sovetlərdən qalma hərbi doktrinasını tam müasirləşməyə doğru aparacaq. Sual yarana bilər ki, bəs Azərbaycan müharibə şəraitindədir. Bəli, bunu nəzərə alaraq ali məktəb məzunlarına 3 aylıq ibtidai hərbi təlim keçirilə bilər. Bununla da, hərbi çağırışa və digər hərbi xərclərə ayrılan büdcə daha effektiv şəkildə istifadə edilərək professional ordu yaradılmasına yönələ bilər. Bu mövzu ətrafında düşüncələrimi ayrı bir yazımda tam açıqlayacam.

    Fiziki qüsurlu insanlar üçün karyera imkanları.

    Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, ölkəmizdə bu problem çox acınacaqlı bir haldadır. Ümumən, qüsurlu vətəndaşlarımız üçün demək olar ki, heç bir şərait yaradılmayıb. İnfrastruktur və sosial layihələr demək olar ki yox səviyyəsindədir. Və digər tərəfdən də işsizlik problemi. Ağır bir fiziki problemlə rastlaşan Azərbaycan vətəndaşı, həyatdan tam təcrid olunur. Bu tip halları normal tənzimləyən layihəyə böyük ehtiyac var. Dövlət və iş adamların birgə işbirliyi olmalıdır. Fiziki qüsurlu vətəndaşlarımız dövlət dəstəyi ilə və peşəkar səviyyədə təşkil olunmuş kurslar keçərək işlə təmin olmalıdır. Misal üçün: böyük şirkətlər, (işçi sayı 100 nəfərdən artıq) Azərbaycan Respublikasının normativ aktlarına əsasən, 2-4% arası kvota ayıraraq, fiziki qüsurlu vətəndaşlara, durumlarına uyğun, iş şəraiti yaratmalıdır.
    Qeyd etdiyim misallar hamısı realdır və müxtəlif ölkələrdə tətbiq olunur. Əsas düzgün yanaşma və qanunvericiliyi proqressiv və işlək hala gətirilməsidir. Ölkə reallığını anlamaq və vətəndaşların qarşılaşdığı hər bir problemin həll yolunu taparaq sağlam və xoşbəxt cəmiyyət qurmaq dövlətin və dövlət nümayəndələrinin əsas və birbaşa vəzifə borcudur.

    Bu mövzu geniş olduğu üçün sizin fikirlərinizi bilmək çox maraqlı olardı.

    Biz ölkədə yaranan problemlərin həllini xalqımızla əməkdaşlıq edərək çözməliyik.

    скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.