• Rus Dili
  • Reklam
    » » AĞ Partiya başqanı Tural Abbaslı : “Məncə siyasətdəki köhnələr heç nə öyrənə bilməyiblər” – MÜSAHİBƏ
    

    AĞ Partiya başqanı Tural Abbaslı : “Məncə siyasətdəki köhnələr heç nə öyrənə bilməyiblər” – MÜSAHİBƏ

    4-10-2017, 19:04
    Oxunub: 252
    Şərhlər: 0
    Çap versiyası
    AĞ Partiya başqanı Tural Abbaslı : “Məncə siyasətdəki köhnələr heç nə öyrənə bilməyiblər” – MÜSAHİBƏ

    “Bizim bu müxalifətdəkilər hakimiyyətdəkilərlə eyni təfəkkürdədirlər”

    AĞ Partiya başqanı Tural Abbaslının Versus.Az-a müsahibəsini təqdim edirik.

    – Tural bəy, gənc siyasətçi və yeni formalaşan partiyanın sədri olaraq seçkilərə və seçki prosesinə olan müxalif mövqelərə münasibətiniz nədir. Sizcə müxalifət 2018-ci il seçkisində hansı məqamı qaçırmamalıdır?

    – Bu gün əksər müxalifət partiyaları seçkidə iştirakla bağlı açıq mövqe bildirməyib. Bizim partiya isə artıq qarşıdan gələn seçkidə öz namizədi ilə çıxış edəcəyini bəyan edib. Böyük ehtimalla partiya sədri olaraq mənim namizədliyim irəli sürüləcək.

    Məlumdur ki, namizədlərin irəli sürülməsi üçün 40 mindən artıq imza toplanmalıdır. Bunun özü həddən artıq əziyyətli və qəliz bir posesdir. Digər tərəfdən, bir sıara texniki məsələlər var ki, ona diqqətlə yanaşılmadıqda çox rahatlıqla seçkidən kənarda qalmaq olar. Ona görə də indidən texniki məsələləri qaydasına qoymağa çalışırıq.

    Biz yeni formalaşan bir partiya olaraq həm təşkilatın, həm siyasi partiyada təmsil olunan fiqurların cəmiyyətə təqdimatını önəmli hesab edirirk. Ümumiyyətlə baykot, yaxud kənarda dayanmaq kimi məsələləri düzgün hesab etmirik. Çünki seçkilərin baykot edilməsi təcrübəsi Azərbaycanda effekt vermir.

    Mən bu seçkidə bütün müxalifət partiyalarının iştirak etməsinin tərəfdarıyam. Hamı YAP-dan və digər partiyalardan verilən namizədlərin kim olmasına fərq qoymadan bu seçkilərdə iştirak etməlidir. Bir sözlə, seçki prosesinin verdiyi imkanlardan istifadə eləmək lazımdır. Çünki seçki fikirlərimizi cəmiyyətə çatdırmaq, seçki müddətinin verdiyi avantajdan istifadə edib, mətbuat vasitəsilə xalqa çıxmaq imkanı yaradır. Bu mənada bütün müxalifəti seçkidə iştiraka çağırıram. Baykotun heç bir mənası yoxdur və hakimiyyətin legitimliyi nə beynəlxalq aləm, nə xalq tərəfindən şübhə altına alınmayıb. Bu nənada seçkidə iştirak etməməyin heç bir mənası yoxdur.

    “Təsadüfi adamların siyasi səhnəyə çıxmasının nəticəsidir ki…”

    – Gənc partiya olaraq hansı köhnə partiyaların təcrübəsindən yararlanırsınız. Vaxtilə siyasətdə olan və bu gün kənara çəkilən hansı liderləri özünüzə nümunə seçirsiniz?

    – Siyasi-mənəvi lider dedikdə, bu gün siyasi düşərgədə təcrübəsindən yararlandığmız lider yoxdur. Amma qəbul etdiyimiz siyasi liderlər müstəqil respublikanı qurmuş Məhəmmdəmin Rəsulzadə və onun bərpasına rəhbrlik etmiş Əbülfəz Elçibəydir. Bundan başqa siyasi səhnədə lider ola biləcək səviyyədə siyasilər görmədik.

    Təcrübəyə gəldikdə isə partiyada əsasən gənclərin olmasına baxmayaraq, təcrübə kifayət qədər var. Çünki mənim özüm və ətrafımzda olan bir çox gənclər uzun illər Müsavat Partiyasının rəhbərliyində təmsil olunmaqla bir çox işlərə, siyasi proseslərə təşkilatçılıq etmişik. Yəni bu baxımdan bizdə təcrübə qıtlığı olmayacaq. O cümlədən, müasir aləmdə təcrübə və öyrənmək imkanları o qədər də əlçatmaz deyil.

    – Hansı partiyalarla əməkdaşlıq etməyi nəzərdə tutursunuz?

    – Biz müxalifət düşərgəsində özünü müxalifət hesab edən istənilən partiya ilə əməkdaşlıq qurmağa hazırıq və hazırda əməkdaşlıq etdiklərimiz də var. Məsələn, KXCP, ADP, Xalq Partiyası, VHP-in daxil olduğu, eləcə də Nemət Pənahlının, Rəhim Qazıyevin daxil olduğu ayrı-ayrı platformalarda iştirak edirik. Bizim üçün köhədən qalan “onunla olar, bununla olmaz”- deyə bir anlayış yoxdur. Siyasət maraqlar əsasında formalaşmalıdr. Bugünkü maraqlarımıza cavab verən istənilən siyasi cəbhə ilə əmkdaşlıq edəcəyik. Qarabağ, müstəqillik kimi ümummilli məsələlərdə hakimiyyət partiyası ilə eyni masada oturmağa hazırıq. Çünki dövlətçilik əsas yerdə dayanır, şəxsi maraqlar güdülməməlidir.

    “Hələ də 1994-95-ci illərin ritorikası ilə danışırlar”

    – Ümummilli məsələlər birliyi tələb etsə də, əslində görünən nədir?

    – Elə bu birlik olmadığına görədir ki, bu gün torpaqların işğal faktı qalır və Avropadan ölkəmzə təzyiqlər sızır. Bu gün dövlətçilik ən əsas məsələ kimi götürülmədiyi üçün müxalifət iqtidara, iqtidar da müxalifətə düşmən kimi baxır. Bu cür münasibətlər cəmiyyətə də sirayət edir. Bu da çox təəssüf doğurur. Uzağa getməyək, Türkiyədəki siyasi mədəniyyətə, siyasi təşkilatların ölkənin çətin durumunda necə bir araya gələrək ümumi problemin həlli yolunda birgə araya gəldiyinə baxmaq lazımdır. Bütün bunlar dövlətçilik ənənəsidir və şəxsi məsələlərə bağlanmamalıdır. Təəssüf ki, 1989-cu ildən bu yana bizim siyasət şəxsi maraqlar zəmnində formalaşdığı üçün dava-dalaş səviyyəsində qalıb. Bu yanaşma partiyaların daxilində də hökm sürür. Bu da zamanında təsadüfi insanların siyasi səhnəyə çıxmasının nəticəsidir. Bunlar siyasi proses görməmiş birdən-birə siyasətə atılıblar və siyasi mövqeləri dövlət, millət yox, şəxsi maraqlar müstəvisində formalaşıb. Bünövrə belə qoyulub. Təəssüf ki, yeni yetişən siyasilər də bu ruhda tərbiyə olunur. Təbii ki, bəlli müddətə qədər biz də eyni cür düşünmüşük.

    – Tural bəy, deyək ki, siyasətdə olan bu günün təcrübəli insanları vaxtilə heç bir siyasi hadisələrdə iştirak etdmədən, dediyiniz kimi birdən-birə siyasətə atıldıqları üçün düzgün siyasi kurs götürə bilmədilər. Siyasəti dava-dalaş bilib şəxsi maraqları ilə çıxış etdilər. Axı illər keçib, sizcə qocaman siyasi partiya rəhbərləri hələ də siz deyənləri anlaya bilməyiblər?

    – Anlaya bilsəydilər indi bu durumda olmazdılar. Məncə siyasətdə olan köhnələr heç nə öyrənə bilməyiblər. Belə olmasaydı, hələ də 1994-95-ci illərin ritorikası ilə danışılmazdı. Hələ də “satqın”, “bütövlük” termini bu qədər məhşur olmazdı. Siyasəti öyrənməyiblər və bu da özlərinə sərf edib. Çünki ailə üzvləri istədiyi yerdə təhsil alır, yaxşı yaşayırlar. Bir sözlə toxun, acdan nə xəbəri olacaq. Bizim bu müxalifətdəkilər bir növ hakimiyyətdəkilərlə eyni təfəkkürdədilər. Burda şəxsi maraqlar güdülür və bunun da altını xalq çəkir.

    Nilufərскачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.