• Rus Dili
  • Reklam
    » » İranın Ali lideri ilə Türkiyə prezidenti arasında görüş keçirilib
    

    İranın Ali lideri ilə Türkiyə prezidenti arasında görüş keçirilib

    5-10-2017, 01:25
    Oxunub: 103
    Şərhlər: 0
    Çap versiyası
    İranın Ali lideri ilə Türkiyə prezidenti arasında görüş keçirilib

    Tehranda İranın Ali i lideri ayətullah Əli Xamneyi və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş olub.

    APA-nın Tehran bürosunun məlumatına görə, görüşdə Xamneyi İran və Türkiyə arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb, İranla Türkiyənin İslam dünyasının önəmli məsələlərində əməkdaşlıq və razılığını təsiredici və önəmli olduğunu qeyd edib.

    Ali Lider İran və Türkiyə arasında iqtisadi əməkdaşlığın artırılmasının zəruriliyi vurğulayıb. “Təəssüflər olsun ki, geniş potensiala baxmayaraq son bir neçə ildə iqtisadi əməkdaşlığın səviyyəsi zəifləyib. Bu sahədə daha çox fəaliyyət və səy göstərmək lazımdır”. Xamneyi İraq Kürdüstanında keçirilən referendumu region üçün təhlükə adlandırıb: “İran və Türkiyə bu kimi hadisələr qarşısında mümkün olan bütün vasitələrdən istifadə etməldir. İraq hökuməti də bu məsələdə ciddi qərar qəbul etməli və əməl etməlidir”.

    Görüşdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İraq Kürdüstanı məsələsində İran, İraq və Türkiyənin birgə və eyni vaxtda addımlar atmasının zəruriliyini vurğulayıb. Türkiyə prezidenti həmçinin İranla iqtisadi əlaqələrin 30 milyard dollar çatdırılmasının zəruriliyini vurğulayıb. “Çoxlu işlər varki, bir-birimizlə əməkdaşlıq etməklə yerinə yetirə bilərik”, deyə Ərdoğan bildirib.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.