• Rus Dili
  • Reklam
    » » Azərbaycandakı FETÖ məktəbləri dərhal Türkiyə Maarif Müdürlüyünün nəzdinə verilməlidir
    

    Azərbaycandakı FETÖ məktəbləri dərhal Türkiyə Maarif Müdürlüyünün nəzdinə verilməlidir

    8-10-2017, 22:54
    Oxunub: 388
    Şərhlər: 0
    Çap versiyası
    Azərbaycandakı FETÖ məktəbləri dərhal Türkiyə Maarif Müdürlüyünün nəzdinə verilməlidir

    AĞ Partiya başqanının birinci müavini Əhəd Məmmədli Agxeber.com saytına bunları bildirdi: Çətin bir dönəm astanasındayıq. Ölkəmiz, region ölkələri yeni keçid dövrünü yaşamaqdadır. Təbii müttəfiqimiz, qardaş ölkə Türkiyə FETÖ adlı bəla ilə savaşmaqda davam edir. Azərbaycan olaraq bu məsələdə də tamlıqla Türkiyənin yanında olamalıyıq. FETÖ-nün Azərbaycandan tam təmizlənməsi üçün bu örgütün məktəbləri Türkiyə Maarif Müdürlüyünün nəzdinə verilməlidir. Azərbayacan hakimiyyəti tezliklə bu cür qərar verməlidir. Bizdə olan xəbərlərə görə fetöçülar bu cür məktəblərdə fəalliyət göstərməkdə davam edirlər. Üstəlik Azərbaycanın ikinci şəhəri Gəncəyə köçüb örgütlənməyə davam edirlər. Paytaxt Bakıda vəziyyət sakitləşənə qədər, regionlara qaçıb orda mövcudluqlarını saxlamaq istəyirlər. Fetöçüların bu məkirli planının aradan qaldırılması və Azərbaycanda rıçaqlarının tam məhv edilməsi üçün, keçmiş FETÖ məktəbləri dərhal Türkiyə Maarif Müdürlüyünün nəzdinə verilməlidir.
    Və bir də ümid edirik ki, nəhayət Türkiyə ilə viza məsələsi aradan qaldırılacaq. Hələdə Azərbaycanla Türkiyə arasında viza rejiminin qaldırılmaması anlaşılan deyil. Güman edirik ki, bu məsələ də tezliklə həll ediləcək və nəhayət ki, Azərbaycanla Türkiyə arasında viza rejimi aradan qaldırılacaq. Azərbaycan Parlamentinin hələ də, PKK-nı terror təşkilatı kimi tanımaması da Türkiyə ilə münasibətlərə təəssüf ki, kölgə salmaqdadır. Azərbaycanın PKK-nı rəsmi şəkildə terror təşkilatı kimi tanıması tezliklə həyata keçirilməlidir. Azərbaycanın təhlükəsizliyinin, şimal və cənub sərhədlərinin qorunması üçün, Abşeron yarımadasında Türkiyə hərbi bazasının qurulmasını da vacib hesab edirəm.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.