• Rus Dili
  • Reklam
    » » Telman Nüsrətoğlu: “Bütün islam dünyası Ankaranın ətrafında birləşməlidir”
    

    Telman Nüsrətoğlu: “Bütün islam dünyası Ankaranın ətrafında birləşməlidir”

    10-10-2017, 17:14
    Oxunub: 284
    Şərhlər: 0
    Çap versiyası
    Telman Nüsrətoğlu: “Bütün islam dünyası Ankaranın ətrafında birləşməlidir”

    “Türkiyə məzlum millətləri bir bayraq altında birləşdirə biləcək yeganə ölkədir”



    Son vaxtlar Qərblə Türkiyə və Azərbaycan arasında yaşanan gərginlik medianın ciddi müzakirə mövzusuna çevrilməkdədir. Maraqlıdır, hər iki ölkənin Qərbin timsalında üzləşdiyi problemlər Avropanın türk dünyasına qarşı ümumi qərəzinin göstəricisi hesab oluna bilərmi? Türk dünyası doğrudanmı siyasi müstəvidə Qərbin səlib yürüşünə məruz qalmaqdadır?


    AGXEBER.COM bildirir ki,Moderator.az-a açıqlama verən Türk İslam Araşdırmaları Mərkəzinin sədri, tarixçi alim  Telman Nüsrətoğlu Qərbin yalnız türk dünyasına deyil, bütövlükdə islam dünyasına qərəzli münasibət sərgilədiyini vurğuladı:
    Telman Nüsrətoğlu: “Bütün islam dünyası Ankaranın ətrafında birləşməlidir”
    “Nəinki türk dövlətləri, əslində bütün islam ölkələri Qərbin islam coğrafiyalarına yönəlmiş amansız müstəmləkə siyasətinin, ikili standartın, islamafobiyanın sona çatması üçün Türkiyənin ətrafında daha sıx sıralarla birləşməlidir. Türkiyə bu gün ön cəbhədir. Imperializmin əsas hədəfidir. Bunun da səbəbləri var. Türkiyə tarixi, mədəni, siyasi, iqtisadi potensialı etibarı iləbütün məzlum millətləti bir bayraq altında birləşdirib gücə çevirə biləcək yeganə ölkədir. 

    Türkiyənin gündən-günə inkişaf edən milli müdafiə sənayesi, müstəqil xarici siysəti Qərbi narahat edir. Türkiyədaxildə və xaricdə Amerikanın terror təşkilatlarından, xain çevriliş planlarından qidalanan müstəmləkə hücrələrini yox etdikcə, gözlərimizin önündə Amerika beynəlxalq qaydalara zidd isterik addımlar atmağa başlayır. FETÖ-yə, PKK-ya hər cür dəstk verib normal türk vətəndaşlarına viza qadağası gətirirlər. Keçən hər gün Amerikanın, Qərbin insanı dəyərlər nöqtəsində gözdən düşməsi prosesi gedir. Çünki bütün imperialist, islam düşmənçiliyi siyasətləri ifşa olunur. 

    Qərb tək tutarlı siyasətləri olan islam dünyasına yönəlmiş ənənəvi “parçala hökm et” siyasətini davam etdirməkdir. Azərbaycan da Qarabağ məsələsinin həllində Qərbin ikili standartlarına az məruz qalmayıb. Ona görə türk dünyasının, islam ölkələrinin Trükiyə ətrafında birləşməsi, Ankaranı hər platformada dəstəkləməsi vacibdir. 

    Bu yaxınlarda Azərbaycan Türkiyə ilə birlikdə Avropa Şurasında yeni bir qrup formalaşması ilə bağlı təşəbbüs göstərib. Bu tip addımlar bütün beynəlxalq təşkilatlar müstəvisində davam etməlidir. Bunu bütün türk dünyası etməlidir. Güclü Türkiyə birinci növbədə türk dünyasına lazımdır”.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.