• Rus Dili
  • Reklam
    » » Rusiyanı Ermənistandan necə uzaqlaşdıra bilərik?
    

    Rusiyanı Ermənistandan necə uzaqlaşdıra bilərik?

    12-10-2017, 15:43
    Oxunub: 314
    Şərhlər: 0
    Çap versiyası
    Rusiyanı Ermənistandan necə uzaqlaşdıra bilərik?

    Rusiyanın Ermənistan-Azərbaycan münaqişəsində daim təcavüzkar ölkənin yanında olduğu sirr deyil. Kreml bunu gizlətmir, açıq şəkildə bəyan edir. Rəsmi Bakının Qərblə Rusiya arasında heç zaman fərq qoymamasının, balanslı siyasət aparmasının fonunda şimal qonşumuzun məlum mövqeyi ölkə daxilində qıcıq oyatmaya bilməz.

    Bəs necə etmək olar ki, Rusiya Ermənistanın deyil, Azərbaycanın tərəfini tutsun? Bu mümkündürmü?
    “Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri Əhəd Məmmədli Azərbaycanın Rusiyanı yanına çəkmək üçün qarşısında mümkünsüz imkanlarının olduğunu söylədi: “Ərdoğanla Putin arasındakı məlum görüşündən sonra Rusiya dövlət telekanalının birində iştirakçılar və aparıcı bəh-bəhlə Türkiyəni bölməyə, İstanbulu almağa başladılar. və s. Bunları ona görə dedim ki, Türkiyə-Rusiya münasibətlərinin ən yaxşı dövründə də, ruslar Türkiyə üzərində xain planlar qururlar. Deyə bilərsiz ki, bu bir verilişdir. Amma söhbət dövlət telekanalının verilişindən gedir. Məsələn, indiki halda Türkiyə dövlət telekanalında Rusiyanın bölünməsi, işğal olunması haqda verilişlər gedə bilməz. Yəni rusların başına qızıl tac da qoysaq onlar bizə inanmayacaq. Türkiyə-Azərbaycan bir tərəfdə, Ermənistan digər tərəfdə olsa belə, Rusiya yenə Ermənistanı seçəcək. Azərbaycan Rusiyanı öz tərəfinə çəkmək üçün gərək neft kontraktlarından tutmuş, Avrasiya İttifaqı daxil olmaqla Rusiyanın yanında olmalı, Azərbaycanda Rusiyanın hərbi bazasının yerləşdirilməsinə razı olmalıdır. Bəlkə bu şərtlərlə Rusiya Azərbaycana razılığını versin ki , torpaqlarını qaytarsın. Azərbaycan tərəfindən dediklərimin tam şəkildə yerinə yetirilməsi isə ən azı indi mümkünsüzdür. Ona görə Rusiyanı öz tərəfimizə çəkməkdənsə, öz tərəfimizdə olan Türkiyə və Pakistanla siyasi - hərbi İttifaq qurmalıyıq. Balanslı siyasət status-kvonu, sabitliyi təmin edir lakin Qarabağı almır, almayacaq da. Biz Qərbi seçsək də, Qarabağı qaytara bilməyəcəyik. Əks təqdirdə Ukrayna, Moldova, Gürcüstan ərazi bütövlüyünə qovuşardılar. Azərbaycan Türkiyə və Pakistanla hərbi sahəsini genişləndirməli, İranı öz tərəfinə çəkməyi bacarmalı, ərəb sərmayəsini cəlb etməlidir. Şimal və Qərb sərhədlərinin təhlükəsizliyini Türkiyə ilə bir yerdə təmin etməliyik. Ancaq belə olan halda ərazi bütövlüyümüzü təmin edə bilərik”.

    Cavanşir ABBASLI
    musavat.comскачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.