• Rus Dili
  • Reklam
    » » Prezidentin nazir təyin etdiyi Pərviz Şahbazov kimdir? (DOSYE)
    

    Prezidentin nazir təyin etdiyi Pərviz Şahbazov kimdir? (DOSYE)

    12-10-2017, 18:53
    Oxunub: 45
    Şərhlər: 0
    Çap versiyası
    Prezidentin nazir təyin etdiyi Pərviz Şahbazov kimdir? (DOSYE)

    Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev Pərviz Oqtay oğlu Şahbazovun Azərbaycanın energetika naziri təyin edilməsi haqqında sərəncam imzalayıb. O, vəfat edən Natiq Əliyevi əvəzləyib.

    "Qaynarinfo"nun məlumatına görə, yeni təyin olunan energetika naziri Pərviz Oqtay oğlu Şahbazov 1969-cu il noyabrın 24-də Bakı şəhərində anadan olub. 1986-1992-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasını bitirib. 1988-1989-cu illərdə hərbi xidmətdə olub.

    1991-ci ildən diplomatik xidmətə qəbul olunub.1991-1992-ci illərdə Xarici İşlər Nazirliyinin Beynəlxalq iqtisadi münasibətlər şöbəsində ikinci katib, 1992-1996-ci illərdə Azərbaycanın Almaniyadakı səfirliyində çalışıb. 1996-1997-ci illərdə Xarici İşlər Nazirliyində ikinci katib, 1997-1998-ci illərdə birinci katib, 1998-2001-ci illərdə Xarici İşlər Nazirliyində bir sıra vəzifələrdə işləyib.

    1998-2001-ci illərdə Azərbaycan Respublikasının Avstriyadakı səfirliyində müşavir olub. 2005-ci ildə ATƏT-in Təhlükəsizlik Əməkdaşlıq Forumunun sədri olub. 2005-ci ilin avqust ayından 2016-cı ilə kimi Azərbaycanın Almaniyadakı fövqaladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb. Ailəlidir, iki övladı var. Azərbaycan, ingilis, alman və rus dillərini bilir.

    Qeyd edək ki, o, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İşlər idarəsi müdiri Oqtay Şahbazovun oğludur. Onun əmisi Emin Şahbazov 2015-ci ilə qədər Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin (DBX) rəis müavini olub.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.