• Rus Dili
  • Reklam
    » » Cenevrədə Əliyev-Sərkisyan danışıqları: prezidentlərin təkbətək görüşü başladı – Fotolar
    

    Cenevrədə Əliyev-Sərkisyan danışıqları: prezidentlərin təkbətək görüşü başladı – Fotolar

    16-10-2017, 20:08
    Oxunub: 168
    Şərhlər: 0
    Çap versiyası
    Cenevrədə Əliyev-Sərkisyan danışıqları: prezidentlərin təkbətək görüşü başladı – Fotolar

    Cenevrədə Ermənistan və Azərbaycan prezidentlərinin genişləndirilmiş tərkibdə danışıqlarından sonra Serj Sərkisyan və İlham Əliyevin təkbətək formatında görüşü başlayıb.
    Avropa.info virtualaz.org-a istinadən bildirir ki, bu barədə Ermənistan prezidentinin mətbuat katibi Vladimir Akopyan Twitter-dəki mikrobloqunda yazıb.
    Onun yazdığına görə, görüş hazırda davam edir.

    Ermənistan prezidentinin mətbuat xidməti bildirir ki, Cenevrədə prezidentlər İlham Əliyevlə Serj Sərkisyan arasında Minsk Qrupu həmsədrlərinin və xarici işlər nazirlərinin iştirakı ilə başlayan görüş hələ davam edir.
    Görüş İsveçrənin BMT-nin Cenevrə ofisindəki və digər beynəlxalq təşkilatlardakı daimi nümayəndəsinin ofisində keçirilir.
    Məlumatda deyilir ki, bu danışıqlardan sonra Azərbaycan və Ermənistan prezidentlərinin təkbətək görüşü də planlaşdırılıb.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədə təşkil edilmiş görüşünə gəlib.
    “AzərTAc” xəbər verir ki, oktyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serj Sarkisyan arasında görüş keçirilib.
    Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi iştirak ediblər.
    Cenevrədə Əliyev-Sərkisyan danışıqları: prezidentlərin təkbətək görüşü başladı – Fotolar
    Cenevrədə Əliyev-Sərkisyan danışıqları: prezidentlərin təkbətək görüşü başladı – Fotolar
    Cenevrədə Əliyev-Sərkisyan danışıqları: prezidentlərin təkbətək görüşü başladı – Fotolar
    Cenevrədə Əliyev-Sərkisyan danışıqları: prezidentlərin təkbətək görüşü başladı – Fotolar скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.