Əhəd Məmmədli : “Sarkisyanın “Qarabağın gələcəyini Azərbaycansız görürük”, söyləməsi...” » Ağ Xəbər
  • Rus Dili
  • Reklam
    » » Əhəd Məmmədli : “Sarkisyanın “Qarabağın gələcəyini Azərbaycansız görürük”, söyləməsi...”
    

    Əhəd Məmmədli : “Sarkisyanın “Qarabağın gələcəyini Azərbaycansız görürük”, söyləməsi...”

    19-10-2017, 16:17
    Oxunub: 150
    Şərhlər: 0
    Çap versiyası
    Əhəd Məmmədli : “Sarkisyanın “Qarabağın gələcəyini Azərbaycansız görürük”, söyləməsi...”

    Əhəd Məmmədli: “Protokol qaydası danışıqlar sadacə sülhün bu torpaqlara həmişəlik gəlməsini ləngidir”

    “Azərbaycanın özünə hörmət edən bir dövlət kimi son çıxış yolu var müharibəyə başlayıb beynalxalq hüquqla təsdiqlənmiş işğal altında olan torpaqlarını azad etmək”

    Bu fikirləri politoloq Əhəd Məmmədli prezidentlərin Cenevrə görüşündən sonra Ermənistan prezidenti Serj Sarkisyanın Dağlıq Qarabağla dediyi sözləri PİA.AZ-a şərh edərkən qeyd edib.

    Xəbər verdiyimiz kimi Cenevrədəki görüşündən dərhal sonra Ermənistan prezidenti Serj Sarkisyan İsveçrə Konfederasiyasındakı Ermənistan səfirliyində erməni diasporunun nümayəndələri ilə etdiyi söhbətlərin nəticələri barədə danışıb. Erməni lider qeyd edib ki: “Təbii ki, İlham Əliyev də mənim kimi problemin mürəkkəbliyini anlayır, lakin bu elə bir məsələdir ki, sadə həlli heç zaman olmayacaq. İstəyirəm ki, bir şeydən hamı əmin olsun: bizim üçün Qarabağın təhlükəsizliyini bu və ya başqa mənada poza biləcək həll üsulu ola bilməz. Bizim üçün yeganə həll odur ki, Qarabağ Azərbaycan hüdudlarından kənarda olsun. Heç bir zaman heç bir erməni rəhbər belə bir qərarı qəbul edib gerçəkləşdirə bilməz və bu məqsədlə hər şey edəcəyik, eyni zamanda Ermənistanı inkişaf etdirəcək və onu iqtisadi cəhətdən möhkəmləndirəcəyik”.

    Öz növnəsində Sakisyanın bu sözlərinə soaial şəbəkədən etiraz edən Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədov Ermənistan prezidentini əldə olunan razılaşmanı pozmaqda ittiham edib: “Qərara alınmışdı ki, razılaşdırılmış məqamlardan əlavə hələlik heç bir bəyanat verilməsin. Amma o, bunu etdi. Söz versə də, yenə də sözünün üstündə durmadı. Heç olmasa, həmsədrlərdən və ATƏT-in nümayəndəsindən utanaydı. Görünür, danışıqları pozmaq niyyətindən əl çəkmək istəmir”.

    Özünün “Facebook" səhifəsində üç dildə paylaşsığı statusunda PA rəsmisi xüsusi olaraq vurğulayıb ki, Ermənistan prezidenti bilir və unutmamalıdır ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və belə də qalacaq.

    "Sarkisyanın planı nə onun vaxtında, nə də ondan sonra gələnlərin vaxtında reallaşmayacaq. Nə qədər himayədarlarına quyruq bulasa da, yuxusu çin olmayacaq. Sadəcə olaraq, deyəsən, onun məqsədi, Ermənistanda yaşayanları daim təşviş və zillət içərisində saxlamaqdır. Nə olar, qoy çalışsın", - deyə Novruz Məmmədov qeyd edib.

    Mövzu ilə bağlı “Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri, politoloq Əhəd Məmmədli öz fikirlərini PİA.AZ-ın əməkdaşı ilə bölüşüb.

    Əhəd Məmmədli: “Yeni nəsillər Təbrizi, Dərbəndi, Borçalını, Göyçəni, Zəngəzuru unutduğu kimi , təəssüf ki, Qarabağı da , unudacaqlar”.

    Politoloq Əhəd Məmmədli bildirib ki, qısa aprel müharibəsindən sonra Ermənistanın danışıqlar masasına oturacağını və problemin həllində irəliləyişə nail olumacağını gözləyirdik, amma gözləntilərimizin əksinə Ermənistan bir ildən artıq müxtəlif yollarla danışıqlardan yayınmağı bacardı:

    “Mən bu görüşü protokol qaydası heç nəyi dəyişməyəcək bir görüş kimi dəyərləndirirəm. Sarkisyan İsveçrədə erməni lobbisi ilə görüşündə də bunu nümayiş etdirib. Ermənistan prezidenti həmçinin bildirib ki, o, İlham Əliyevlə görüşdə bir daha deyib ki, Qarabağın gələcəyini Azərbaycansız görür. Bu açıq həyasızlıq nümayişidi.

    Biz gözləyirdiq ki , qısa aprel müharibəsindən sonra Azərbaycanın hərbi qüdrətini görən Ermənistan danışıqlar masasına oturacaq və problemin həllində irəliliyişlərə naol olunacaq. Amma gözləntilərimizin əksinə Ermənistan bir ildən artıq müxtəlif yollarla danışıqlardan yayınmağı bacardı.

    Əhəd Məmmədli: “Yanlız müharibə bu torpaqlara daimi sülhü gətirəcək”.

    Sarkisyanın “Qarabağın gələcəyini Azərbaycansız görürük”, söyləməsi erməni həyasızlığının son nöqtəsidir. Bu çıxışdan sonra, Azərbaycanın özünə hörmət edən bir dövlət kimi son çıxış yolu var. Müharibəyə başlayıb beynalxalq hüquqla təsdiqlənmiş işğal altında olan torpaqlarını azad etmək.

    Əgər bu olmasa, yəni Azərbaycan müharibə yolunu tutmasa, torpağlarımız heç vaxt azad edilən deyil. Mən hesab edirəm ki, yanlız müharibə bu torpaqlara daimi sülhü gətirəcək. Protokol qaydası danışıqlar sadacə aülhün bu torpaqlara həmişəlik gəlməsini ləngidir. Və yeni nəsillər Təbrizi, Dərbəndi, Borçalını, Göyçəni, Zəngəzuru unutduğu kimi , təəssüf ki, Qarabağı da, unudacaqlar”.

    Nərminə UMUDLU
    pia.az
    скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.