• Rus Dili
  • Reklam
    » » Türkiyədə yeni partiyanın qurulmasında əsas məqsəd keçmiş "ağalarına" sözəbaxan, orta statistik Türkiyəyə qayıdışı təmin etməkdir
    

    Türkiyədə yeni partiyanın qurulmasında əsas məqsəd keçmiş "ağalarına" sözəbaxan, orta statistik Türkiyəyə qayıdışı təmin etməkdir

    25-10-2017, 22:51
    Oxunub: 362
    Şərhlər: 0
    Çap versiyası
    Türkiyədə yeni partiyanın qurulmasında əsas məqsəd keçmiş "ağalarına" sözəbaxan, orta statistik Türkiyəyə qayıdışı təmin etməkdir
    Ağ Partiya başqanının birinci müavini Əhəd Məmmədli Türkiyədə yeni yaradılan "İYİ" partiyasının yaradılmasına münasibətini bildirib.

    Qardaş Türkiyədə bu gün "İYİ" (yaxşı, ok-da deyə bilərsiz) partiyası qurultayını keçirdi. Bu partiyanın əsas sloqanı "siyasi iqlimi dəyişəcıyik" kimi səslənir. Bu sloqanla "İYİ" partiyası əsas qurulma mahiyyətini ortaya qoydu. Demokratiya, iqtisadiyyat, sosial problemləri olmayan ölkədə, məhz siyasi iqlimi dəyişmək üçün qurulan "İYİ" partiyasının qurulma səbəbi, Türkiyəni əski siyasi iqlimə qaytarmaq. Yəni, əsas məqsəd keçmiş "ağalarına" (ABŞ, Avropaya) uyğun vassal, sözəbaxan, orta statistik Türkiyə siyasi iqliminə qayıdışı təmin etmək.

    Daha keçməz... Türkiyədə 2019 prezident seçkiləri 5-ci kalon və onların sahiblərinin qardaş Türkiyəmizdə son çırpınışı olacaq. AK Parti, Milli görüş, Osmanlı ruhu, İnşAllah "iyi"ni də yırtacaq..!

    Patriarxal Türkiyədə qadını prezident və Ərdoğan kimi xarizmatik liderə alternativ etmək çox uğursuz bir cəhddir. AK Partinin keçmiş liderlərini transfer etsələr, həmin o keçmiş liderlər xalqın gözü önündə vətən xaini olaraq özlərinə siyasi ölüm hökmünü oxuyacaqlar. "İYİ" partiyası, AK Partinin və MHP-nin elektoratını bölmək üçün qurulub. Lakin CHP-nin elektoratını bölüb, Mustafa Kamalın partiyasını ana müxalifətlikdən belə edəcəklər. Kamalistlər Kılıcdaroğluya çoxdandır ümidinü itirib, yeni ümidləri Akşener olacaq. Və bununla da CHP daha aşağılara yuvarlanacaq.
    P.S. Türkiyədə Akşener, Rusiyada Sobçak ardı gələcək....скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.