• Rus Dili
  • Reklam
    » » Akif Çovdarovun cəzası elan edildi: 12 il müddətinə həbs... - YENİLƏNİB, FOTOLAR
    

    Akif Çovdarovun cəzası elan edildi: 12 il müddətinə həbs... - YENİLƏNİB, FOTOLAR

    30-10-2017, 18:00
    Oxunub: 175
    Şərhlər: 0
    Çap versiyası
    Akif Çovdarovun cəzası elan edildi: 12 il müddətinə həbs... - YENİLƏNİB, FOTOLARSabunçu Rayon Məhləməsində ləğv edilmiş MTN-in generalı Akif Çovdarov və digər 3 nəfərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

    Musavat.com xəbər verir ki, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə general A.Çovdarova və digərlərinə hökm oxunacağı gözlənilirdi.

    Məhkəmənin hökmü ilə Akif Çovdarov 12 il müddətində azadlıqdan məhrum edilib.

    Hökmə əsasən Səlim Məmmədov isə, 11 il müddətinə azadlıqdan məhrum olunub.

    Hökmün davamında Akif Əliyevin və Orxan Osmanovun da cəzaları elan edilib. A.Əliyev 5 il, O.Osmanov isə 4 il müddətinə azadlıqdan məhrum ediliblər.

    Xatırladaq ki, prokuror Akif Çovdarova cəza istəyib. Dövlət ittihamçısı A.Çovdarovun 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Prokuror Səlim Məmmədovun 12 il, Akif Əliyevlə Orxan Osmanovun isə 9 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib. Təqsirləndirilən şəxslərin hamısı son sözlə çıxış edərək, onlara qarşı irəli sürülmüş ittihamla özlərini təqsirli bilmədiklərini deyiblər.

    Qeyd edək ki, Akif Çovdarovla birlikdə müttəhimlər kürsüsünə ləğv edilmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanov da çıxarılıblar.

    Musavat.com

    Akif Çovdarovun cəzası elan edildi: 12 il müddətinə həbs... - YENİLƏNİB, FOTOLAR

    Akif Çovdarovun cəzası elan edildi: 12 il müddətinə həbs... - YENİLƏNİB, FOTOLAR
    скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.