• Rus Dili
  • Reklam
    » » Ərdoğan Rusiyaya yola düşdü: gündəmdə Qarabağ da var
    

    Ərdoğan Rusiyaya yola düşdü: gündəmdə Qarabağ da var

    13-11-2017, 17:40
    Oxunub: 101
    Şərhlər: 0
    Çap versiyası
    Ərdoğan Rusiyaya yola düşdü: gündəmdə Qarabağ da var

    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfəri başlayıb.

    “Report” xəbər verir ki, onu Ankaranın Esenboğa hava limanından dövlət və hökumət rəsmiləri yola salıblar.

    Türkiyə prezidenti səfərə yol düşməmişdən əvvəl hava limanında keçirdiyi mətbuat konfransında deyib ki, Rusiya prezidenti Vladimir Putinlə görüşdə iki ölkə arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsini, viza rejiminin ləğvini, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsini, Suriya böhranını və bölgədəki digər problemləri müzakirə edəcəklər.

    R.T.Ərdoğan xatırladıb ki, ABŞ prezidenti Donald Tramp və Rusiya rəhbəri Vladimir Putin Suriya ilə bağlı birgə bəyanat veriblər və Suriyanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiklərini vurğulayıblar. Türkiyə prezidenti bu məsələni V.Putinlə müzakirə edəcək.

    R.T.Ərdoğan Rusiya ilə birlikdə həyata keçirilən "Akkuyu" Atom Elektrik Stansiyasının tikintisini, “Türk axını” təbii qaz kəməri layihəsinin vəziyyətini də V.Putinlə müzakirə edəcəklərini vurğulayıb.

    O, Rusiyadan sonra noyabrın 14-də Küveytə, noyabrın 15-də isə Qətərə səfər edəcək.

    Xatırladaq ki, Türkiyə və Rusiya prezidentləri sonuncu dəfə 2017-ci il sentyabrın 28-də Ankarada görüşüblər.

    * * *10:24

    Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfər edəcək.

    Onun Rusiya prezidenti Vladimir Putinlə Soçi şəhərində görüşü nəzərdə tutulub.

    Görüşdə Suriya məsələsi, regional əməkdaşlıq, terrorla mübarizə məsələləri müzakirə ediləcək.

    Daha əvvəl jurnalistlərə açıqlamasında R.T.Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə görüşdə Dağlıq Qarabağ məsələsini də müzakirə edəcəyini açıqlayıb.
    скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.