• Rus Dili
  • Reklam
    » » Putin: "Moskva-Ankara münasibətləri tam bərpa olunub"
    

    Putin: "Moskva-Ankara münasibətləri tam bərpa olunub"

    13-11-2017, 22:07
    Oxunub: 104
    Şərhlər: 0
    Çap versiyası
    Putin: "Moskva-Ankara münasibətləri tam bərpa olunub"Moskva və Ankara münasibətlərini tam həcmdə bərpa olunmuş hesab etmək olar.

    APA-nın Rusiya bürosunun məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin Soçidəki iqamətgahında türkiyəli həmkarı Rəcəp Tayyip Ərdoğanla keçirdiyi görüşdə bildirib.

    Onun sözlərinə görə, bu ilin 8-9 ayı ərzində iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 2016-cı ilin tənəzzülündən sonra üç dəfədən çox artıb. Rusiya prezidenti qeyd edib ki, ölkəsi Türkiyə ilə praktiki olaraq bütün istiqamətlərdə, o cümlədən Suriya münaqişəsinin nizamlanmasında iş aparır. Putin türkiyəli həmkarına Rusiyaya səfər etdiyinə görə təşəkkürünü bildirib.

    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə çıxışında regional məsələlərin həllində ikitərəfli əməkdaşlığa diqqəti yönəldib: "Moskva və Ankara arasında siyasi, hərbi və iqtisadi-ticarət sahələrində münasibətlər günü gündən inkişaf edir. Yüksək səviyyədə təmaslar həyata keçirilir. Əminəm ki, bu gün ki görüş də məhsuldar olacaq".скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.