• Rus Dili
  • Reklam
    » » Kanadada islam ve siyasət haqqında qeyd- Fariz Kərimovun yazısı
    

    Kanadada islam ve siyasət haqqında qeyd- Fariz Kərimovun yazısı

    18-11-2017, 18:35
    Oxunub: 747
    Şərhlər: 0
    Çap versiyası
    Kanadada islam ve siyasət haqqında qeyd- Fariz Kərimovun yazısı
    Bu gün, müsəlmanlar üçün çox önəmli bir gündür, çünki bu gün Cümə günüdür. Səhərdən başlayaraq, cümə hazırlıqları başlayır və namaz zamanı yaxınlaşdıqca müsəlman ümməti ən gözəl libası geyinərək şəhərin məscidlərinə toplanaraq camaat namazı qılır. Mən də bir müsəlman olaraq məscidə idim. Artıq namaza qalxaraq, imamın bir elanı diqqətimə çatdı. Üzümüzə gələn 2018-ci il də Kanada yeni parlament seçkilərini qarşılayır. Ontario vilayətinin Scarborough şəhərin də artıq 2 namizəd təsdiq oldu. Onlardan biri, Liberal Partiyanın təmsilçisi, pakistan əsilli müsəlman, Mazhar Şafiqdir. Qeyd edim ki, bu Ontario da qeyd olunan 8-ci müsəlman namizədir. Amma diqqətimi bu fakt yox, məhz imamın xütbə sonu elanı cəlb etdi. Kanadanın ən böyük İslam cəmiyyətlərindən olan "The Quran & Sunnah Society of Canada" imamı müsəlman qardaş və bacılarına səslənərək, sözü açılan namizədə səs verməyi tövsiyyə edib. Və bu çağırış Scarborough da yerləşən bütün camiyyələrdə səsləndi. Heç bir müsəlman bunu tənqid etmədi, şeyxlərin əqidəsinə şübhə etmədi və Azərbaycanda aktual olan mövzulara toxunmadı.

    Əziz dostlar, düşünürəm ki, artıq Azərbaycan cəmiyyəti də bir az dünyada baş vetən proseslərə nəzər salmalıdır. Azərbaycan ümməti bu tip mövzularda hikmətli olmalı və öz şəxsi problemlərə qapılmamalıdır. Azərbaycanın siyasi meydanını ateist, gey-lesbian və əxlaqsızlığı müdafiə edən, milli-mənəvi, dini ənənələrə lağ edən, insanların hissiyatlarına toxunan bir qrup siyasətçi təmsil etməyə başlayıb. Öz maraqlarını dövlətçilik maraqlarından daha üstün tutan və öhdəlik götürdüyü ölkələrin qulu və vassalı olan insanlara bizim xalqımız etimad göstərə bilməz. Sizi ayıq olmağa çağırıram. Allah bizim xalqımızı bu tip üfünətdən qorusun!

    Ağ Partiyanın üzvü olaraq, sizi əmin edirəm ki, biz əlimizdən gələni edirik ki, Azərbaycanı bu tip viruslardan qoruyaq. Bizlər üçün Azərbaycanın milli-mənəvi dəyərləri və dövlətçiliyin qorunması şəxsi siyasi ambisiyalarımızdan daha önəmlidir. Allah bu yolda bizə bərəkət və zəfər nəsib etsin! Amin.

    AĞ Partiya üzvü, hüquq eksperti Fariz Kərimov скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.