• Rus Dili
  • Reklam
    » » Baş nazirin müavini: "Türkiyə NATO-da üzvlüyünü davam etdirəcək”
    

    Baş nazirin müavini: "Türkiyə NATO-da üzvlüyünü davam etdirəcək”

    20-11-2017, 19:00
    Oxunub: 77
    Şərhlər: 0
    Çap versiyası
    Baş nazirin müavini: "Türkiyə NATO-da üzvlüyünü davam etdirəcək”“Türkiyə NATO-da üzvülüyünü davam etdirəcək”.

    “Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkə baş nazirinin müavinin Bəkir Bozdağ Nazirlər Kabinetinin toplantısından sonra NATO ilə gələcək münasibətlərindən danışarkən bildirib.

    “NATO rəsmiləri Türkiyəyə qarşı olan dairələrin alyansa təsir etməsinə və qurumla bağlı işlərə müdaxilə etməsinə, fəaliyyətinə mənfi təsir göstərməsinə imkan verməməlidir. Türkiyəyə qarşı fəaliyyət göstərən terror qruplaşmalarının NATO-dan istifadə etməsi qəbul olunmazdır”, -deyə Bəkir Bozdağ vurğulayıb.

    Baş nazirin müavini qeyd edib ki, Türkiyə NATO-nun aparıcı üzvlərindəndir: "Bundan sonra da alyansda fəaliyətimizi davam etdirəcəyik. Ancaq türk millətinə, dövlətinə, Qazi Mustafa Kamal Atatürkə və Rəcəb Tayyib Ərdoğana qarşı hücumu, alçaqlığı da qəbul etməyimiz mümkün deyil”.
    Qeyd edək ki, ötən həftə NATO-nun təlimində əməkdaşlarından biri Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkü və hazırkı prezident Rəcəb Tayyib Ərdoğanın şəkilləri hədəf kimi seçilib. NATO-nun baş katibi Yen Stoltenberq hadisə ilə Türkiyədən üzr istəyib.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.