• Rus Dili
  • Reklam
    » » Əhəd Məmmədli:Rusiyanın maraqlarına təhlükə olsaydı Ermənistana imkan verməzdi saziş imzalasın
    

    Əhəd Məmmədli:Rusiyanın maraqlarına təhlükə olsaydı Ermənistana imkan verməzdi saziş imzalasın

    27-11-2017, 23:46
    Oxunub: 185
    Şərhlər: 0
    Çap versiyası
    Əhəd Məmmədli:Rusiyanın maraqlarına təhlükə olsaydı Ermənistana imkan verməzdi saziş imzalasın

    Agxeber.com xəbər verir ki, Ağ Partiya başqanının birinci müavini Əhəd Məmmədli Avropa İttifaqı ilə Ermənistan arasında imzalanan sazişə münasibət bildirib. Ə.Məmmədli qeyd edib ki, Ermənistanla imzalanan məlum müqavilə heç də Ermənistanın Rusiyanın nəzarətindən çıxması demək deyil:

    Ermənistanın Avropa Birliyi ilə imzaladağı son tərəfdaşlıq sazişini bəziləri Azərbaycan üçün "SOS" siqnalı kimi qəbul etdi. Bu məsələylə bağlı səmimi nigaran olanları anlayıram. Lakin digər tərəfdən yanaşsaq görərik ki, Rusiyanın maraqlarına təhlükə olsaydı, Ermənistan Avropa Birliyi ilə heç vaxt, heç bir saziş imzalamazdı. Ermənistanın Avropa Birliyi ilə məlum sazişi daha çox daxilə hesablanıb. Sarkisyan müxalifətə, xalqa və Qərbdəki erməni lobbisinə göstərmək istəyir ki, o heç də Putinin marioneti deyil. Əslində isə hər şey Kremlin nəzarətindədir.

    Ermənistan Avropa Birliyi qarşısında daxildə hansı demokratik islahatlar vədini götürüb, bu Moskvanı o qədər də ilgiləndirməz, Moskva üçün əsas Ermənistanın xarici siyasətini və iqtisadiyyatını nəzarətdə saxlamaqdır. Qırğızıstan da, Mərkəzi Asiyanın ən demokratik ölkəsidir, lakin Rusiyanın tam nəzarətindədir. Yəni Rusiya müttəfiqinin daxili siyasətinə göz yuma bilər, əgər xarici siyasətdə onun dediyini edəcəksə.

    Buna əsaslanıb demək olar ki, Ermənistan Avropa Birliyi qarşısında nə qədər istəyir demokratiya öhdəlikləri götürsə və bu öhdəlikləri yerinə yetirsədə, Rusiyanın nəzarətində olduğu qədər, Avropaya Azərbaycandan yaxın olmayacaq. Amma bu o demək deyil ki, Azərbaycan Avropa Birliyi ilə münasibətlərindən kifayətlənməlidir. Əksinə Azərbaycan Avropa Birliyi ilə münasibətləri daha sıx qurmağa çalışmalıdır. Azərbaycanın milli maraqları həmçinin bunu da tələb edir.


    Agxeber.comскачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.