• Rus Dili
  • Reklam
    » » “İsraillə diplomatik münasibətlər kəsilə bilər” – Ərdoğan Qüdslə bağlı Trampa xəbərdarlıq etdi
    

    “İsraillə diplomatik münasibətlər kəsilə bilər” – Ərdoğan Qüdslə bağlı Trampa xəbərdarlıq etdi

    5-12-2017, 15:12
    Oxunub: 131
    Şərhlər: 0
    Çap versiyası
    “İsraillə diplomatik münasibətlər kəsilə bilər” – Ərdoğan Qüdslə bağlı Trampa xəbərdarlıq etdi


    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qüds şəhəri ətrafında baş verən siyasi proseslərə münasibət bildirib.

    Avropa.info xəbər verir ki, Ərdoğan Trampa “Cənab Tramp, Qüds müsəlmanların “qırmızı xətt”idir” deyərək müraciət edib.

    “Amerikanın Qüdsü İsrailin paytaxtı kimi tanımağa hazırlaşması ətrafında baş verən xəbərlərlə bağlı təəssüfümü bildirmək istəyirəm. Fələstin xalqının yaraları qanayarkən, hər gün hüquqları pozularkən, zülm davam edərkən İsrailə dəstək mahiyyətində belə bir qərarın verilməsi deyil, beynəlxalq hüququn pozulması deyil, insanlıq vicdanına vurulmuş ağır zərbədir. İslam Əməkdaşlığı Təşkilatı dövrə sədri olaraq bu məsələni axıra qədər izləyəcəyik. Əgər belə bir addım atılarsa, 5-10 gün içərisində İƏT liderləri sammitini İstanbula yığacağıq. Sadəcə bununla da kifayətlənməyəcəyik. Bu liderlər sammiti ilə birgə bütün İslam dünyasını o sammitdə fəaliyyətə keçirəcəyik. Amerika bütün işlərini başa çatdırdı da, bu qaldımı? Hal-hazırda Netanyahu İsraildə daxili hesablaşmalarını başa çatdıra bilmir. Biz qəti şəkildə son ana qədər buradakı mübarizəmizi qətiyyətlə davam etdirəcəyik. Qaldı ki, məsələyə bu İsraillə diplomatik münasibətlərimizi kəsməyə qədər gedə bilər. Amerikaya regiondakı problemləri daha da dərinləşdirəcək belə bir addım atmaması ilə bağlı xəbərdarlıq edirik, belə bir addım ata bilməzsiniz. Artıq dünya bütövdür. Siz bu bütövlük daxilində “mən istədiyim kimi hərəkət edərəm” kimi davrandığınızda regionda baş verəcək problemləri də görməməzlikdə gələ bilməzsiniz”.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.