“Qüds bizim qürurumuzdur, “qırmızı xətt”imizdir” – ABŞ-ın qərarına Türkiyə hökumətindən sərt reaksiya » Ağ Xəbər
  • Rus Dili
  • Reklam
    » » “Qüds bizim qürurumuzdur, “qırmızı xətt”imizdir” – ABŞ-ın qərarına Türkiyə hökumətindən sərt reaksiya
    

    “Qüds bizim qürurumuzdur, “qırmızı xətt”imizdir” – ABŞ-ın qərarına Türkiyə hökumətindən sərt reaksiya

    6-12-2017, 15:42
    Oxunub: 298
    Şərhlər: 0
    Çap versiyası
     “Qüds bizim qürurumuzdur, “qırmızı xətt”imizdir” – ABŞ-ın qərarına Türkiyə hökumətindən sərt reaksiya


    Türkiyə hökumətinin mətbuat katibi İbrahim Kalın Prezident Külliyəsində jurnalistlər üçün mətbuat konfransı keçirib.

    Avropa.info xəbər verir ki, Kalın ABŞ hakimiyyətinin Tel-Əvivdəki səfirliyini Qüds şəhərinə köçürməsi barədə danışıb:

    “Amerika hakimiyyətinin Qüdsü İsrailin paytaxtı kimi tanıması istiqamətində ortaya çıxan xəbərlər bir neçə gündür gündəmimizdədir. Təmaslarımız nəticəsində Qüdsün İsrailin paytaxtı kimi tanıması məlumatlarını almışıq. Cənab prezidenti ilk reaksiyasını verdi. Daha əvvəl Fələstin dövlət başçısı Mahud Abbas başda olmaqla İslam dünyasının hökumət və dövlət başçıları ilə görüşlər keçirib. Bu səhər Malayziya, Tunis, İran, Qətər, Səudiyyə Ərəbistanı, Pakistan, İndoneziya dövlət və hökumət başçıları ilə telefon görüşləri keçirdi, keçirməyə də davam edir.

    Qüdsün İsrailin paytaxtı elan edilməsi BMT qətnamələrinə zidd səhv olacaq. BMT qətnamələrinin heç birində Qüdsün işğal ya da ilhaq edilməsi nə qəbul edilmişdir, nə də tanınmışdır. İsrail 1980-ci ildə ilhaq qərarı verəndə BMT TŞ 478 saylı qətnamə ilə işğalçı qüvvə İsrailin bütün fəaliyyətlərini elan etmişdi. Fikrimizcə 1980-ci ildə qəbul olunmuş qətnaməyə hər hansı dəyişiklik müzakirə mövzusu deyil. Apardıqları siyasəti tanımadığımızı bildirmək istəyirəm. Bu qətnamədə İsrail nəzdindəki diplomatik missiyaların Qüdsdə yerləşə bilməyəcəyinə dair maddə də var.

    Millətimiz 400 il xidmət etdiyi Qüdsə qarşı tarixi məsuliyyət hiss edir. Cəmiyyət Fələstin və Qüds mövzusunda həmrəydir. Qüds bizim qürurumuzdur, bizim “qırmızı xətt”imizdir. Məsələ sadəcə müsəlmanlarla məhdudlaşmır. Üç səmavi din mənsublarının paylaşdığı bir şəhər kimi son dərəcə vacib şəhərdir. İslam Əməkdaşlığı Təşkilatı da edilən dəyişikliklə bağlı cəhdi tanımayacağını bildirib.

    İordaniya dövləti də Fələstindəki vəqf mallarının qorunması ilə bağlı məsuliyyət daşıyır. İordaniya ilə də əlaqə saxlamağı davam etdiririk. Digər məsələlərlə birgə İordaniya kralı və prezident Ərdoğanın görüşündə Qüds məsələsi də müzakirə olunacaq.

    Qüdsün bir Fələstin dövlətinin Yaxın Şərq sülh prosesinin ən fundamental məsələsidir”.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.