• Rus Dili
  • Reklam
    » » Fələstin lideri xalqını silahlı müqavimətə çağırıb
    

    Fələstin lideri xalqını silahlı müqavimətə çağırıb

    7-12-2017, 19:10
    Oxunub: 90
    Şərhlər: 0
    Çap versiyası
    Fələstin lideri xalqını silahlı müqavimətə çağırıbFələstin dövlətinin başçısı Mahmud Abbas xalqı Qüdsü və ölkənin işğal altında olan digər torpaqlarının geri qaytarılması uğrunda silahlı müqavimət göstərməyə çağırıb.

    “Report” "Ahaber"ə istinadən xəbər verir ki, Fələstin lideri bunu ABŞ prezidenti Donald Trampın “Qüdsü İsrailin paytaxtı” qəbul etməsi bağlı qərarından sonra bildirib.

    M.Abbas deyib ki, Trampın qərarının heç bir hüquqi əsası yoxdur: “Qüds ərəb-müsəlman və xristian şəhəridir. Qüds Fələstinin əbədi paytaxtıdır. Vaşinqton bu qərarı ilə beynəlxalq və ikitərəfli sülh prosesinin altını qazıyıb. Bu, ABŞ-ın sülh danışıqlarından çəkildiyi anlamına gəlir”.

    Hazırda Fələstinin bütün bölgələrində Donald Trampın qərarına etiraz olaraq tətil keçirilir.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.