• Rus Dili
  • Reklam
    » » Trampın Qüds qərarına qarşı etirazlar artır – Yaxın Şərqdə insanlar küçələrə töküldü (Foto)
    

    Trampın Qüds qərarına qarşı etirazlar artır – Yaxın Şərqdə insanlar küçələrə töküldü (Foto)

    8-12-2017, 11:12
    Oxunub: 174
    Şərhlər: 0
    Çap versiyası
    Trampın Qüds qərarına qarşı etirazlar artır – Yaxın Şərqdə insanlar küçələrə töküldü (Foto)


    Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarı Yaxın Şərq ölkələrində etirazla qarşılanıb.

    Avropa.info xəbər verir ki, ABŞ-a etiraz edən ölkələr arasında Mərakeş, Tunis, Misir, Türkiyə, Qəzza zolağı var.

    Türkiyə

    İstanbulun Tekirdağ rayonunda ABŞ-ın Qüdsü İsrailin paytaxtı olaraq tanınmasına etiraz edilib. 150 nəfər universitet tələbəsi etiraz yürüşü keçirib.

    Trampın Qüds qərarına qarşı etirazlar artır – Yaxın Şərqdə insanlar küçələrə töküldü (Foto)


    Mərakeş

    Mərakeşin paytaxtı Rabatda parlament binası qarşısında yığışan etirazçı qrup Trampın Qüds qərarına etiraz edib. Fələstin bayraqları və Qüdsü dəstəkləyən plakatlar daşıyan tələbələr ABŞ və İsrail əleyhinə şüarlar səsləndiriblər.

    Trampın Qüds qərarına qarşı etirazlar artır – Yaxın Şərqdə insanlar küçələrə töküldü (Foto)


    Misir

    Misirin paytaxtı Qahirədə keçirilən etiraz aksiyasında ABŞ və İsrail bayraqları yandırılıb.

    Trampın Qüds qərarına qarşı etirazlar artır – Yaxın Şərqdə insanlar küçələrə töküldü (Foto)


    Qəzza

    Qəzzada yığışan bir qrup gənc ABŞ prezident Donald Trampın Qüds qərarına etiraz edib, ABŞ və İsrail əleyhinə şüarlar səsləndirib.

    Trampın Qüds qərarına qarşı etirazlar artır – Yaxın Şərqdə insanlar küçələrə töküldü (Foto)


    Tunis

    Tunisin Kassarin şəhərində yığışan onlarla adam Qüds qərarına etiraz edib. Fəlsətin və tunis bayraqları daşıyan aksiyaçılar ABŞ və İsrail əleyhinə şüarlar səsləndirib.

    Trampın Qüds qərarına qarşı etirazlar artır – Yaxın Şərqdə insanlar küçələrə töküldü (Foto)


    İordan çayının Qərb sahili

    Nablus şəhərində yığışan fələstinlilər Fələstin bayraqları və Qüdsü dəstəkləyən plakatlarla yürüş edib, ABŞ və İsrail əleyhinə şüarlar səsləndiriblər.

    Trampın Qüds qərarına qarşı etirazlar artır – Yaxın Şərqdə insanlar küçələrə töküldü (Foto)


    Şərqi Qüds

    Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımasına etiraz olara Şərqi Qüdsdə ümummilli tətil elan olunub. Şərqi Qüdsün sıx ticarət fəaliyyətinə malik olan Zəhra və Səlahəddin prospektləri daxil Köhnə Şəhər ərazisindəki mağazalar da bu gün bağlı olub.

    Trampın Qüds qərarına qarşı etirazlar artır – Yaxın Şərqdə insanlar küçələrə töküldü (Foto)
    скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.