Ərəb Dövlətləri Liqası Fələstin dövlətinin beynəlxalq tanınmasını istəyir » Ağ Xəbər
  • Rus Dili
  • Reklam
    » » Ərəb Dövlətləri Liqası Fələstin dövlətinin beynəlxalq tanınmasını istəyir
    

    Ərəb Dövlətləri Liqası Fələstin dövlətinin beynəlxalq tanınmasını istəyir

    10-12-2017, 13:08
    Oxunub: 105
    Şərhlər: 0
    Çap versiyası
    Ərəb Dövlətləri Liqası Fələstin dövlətinin beynəlxalq tanınmasını istəyir

    Ərəb Dövlətləri Liqası Şurası Qahirədə XİN başçıları səviyyəsində keçirilən iclasının yekununda Fələstin dövlətinin 1967-ci il 4 iyun sərhədləri daxilində paytaxtı Şərqi Qüds olmaqla beynəlxalq tanınmasına çağırıb.

    AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bununla yanaşı, ərəb ölkələri BMT Təhlükəsizlik Şurasından ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması barədə qərarına baxmasını xahiş etmək niyyətindədir. Ağ ev administrasiyasından isə bu qərarın ləğv olunması tələb edilib.

    Yaxın Şərqdə ABŞ-ın ən yaxın tərəfdaşlarından olan Ər-Riyad da Vaşinqtonun Qüdsə dair qərarına yenidən baxmasını istəyir. Bunu Ərəb Dövlətləri Liqası Şurasının iclasında Səudiyyə Ərəbistanının xarici işlər naziri Adel əl-Cubeyr bəyan edib.

    Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp ötən çərşənbə günü Qüdsün İsrailin paytaxtı kimi tanınması barədə bəyanatla çıxış edib. O, həmçinin Amerika səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsinə hazırlıq görülməsi üçün Dövlət Departamentinə tapşırıq verib.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.