İstanbulda “Qafqaz İslam Ordusu 1918 – Osmanlının son qələbəsi” mövzusunda toplantı keçirilib » Ağ Xəbər
  • Rus Dili
  • Reklam
    » » İstanbulda “Qafqaz İslam Ordusu 1918 – Osmanlının son qələbəsi” mövzusunda toplantı keçirilib
    

    İstanbulda “Qafqaz İslam Ordusu 1918 – Osmanlının son qələbəsi” mövzusunda toplantı keçirilib

    10-12-2017, 09:15
    Oxunub: 65
    Şərhlər: 0
    Çap versiyası
     İstanbulda “Qafqaz İslam Ordusu 1918 – Osmanlının son qələbəsi” mövzusunda toplantı keçirilib


    İstanbulda “Qafqaz İslam Ordusu 1918 – Osmanlının son qələbəsi” mövzusunda toplantı keçirilib.

    APA-nın məlumatına görə, Avrasiya Strateji Araşdırmalar Mərkəzinin təşkil etdiyi toplantıda “Qafqaz İslam Ordusu” sənədli filminin prodüseri, tədqiqatçı-yazar Süleyman Gündüz çıxış edib. Türkiyədə ən çox haqsızlığa məruz qalmış şəxslərdən birinin Ənvər paşa, ən çox haqsızlığa məruz qalmış siyasi təşkilatın İttihad və Tərəqqi Partiyası olduğunu deyən Süleyman Gündüz Birinci dünya müharibəsi ərəfəsində Osmanlı imperiyasının Almaniya imperiyası ilə əməkdaşlıq etməsinin məcburiyyətdən irəli gəldiyini vurğulayıb.

    Azərbaycan Cümhuriyyətinin qurulmasına qədərki proseslər barədə məlumatlar verən Süleyman Gündüz 1918-ci il iyunun 4-də Batumidə keçirilən Osmanlı və Azərbaycan nümayəndə heyətlərinin görüşünə dair sənədləri açıqlayıb. Nuri paşa ordusunun himayəsində Azərbaycan hökumətinin Tiflisdən Gəncəyə köçməsinə Almaniyanın mane olduğunu xatırladan Süleyman Gündüz bunun əsas səbəbinin Bakı neftinin Azərbaycan və Osmanlı nəzarətinə keçməsini əngəlləmək olduğunu deyib.

    “Nuri paşanın hərbi hissələrinin Bakını xilas etməsi məğlub olmuş Osmanlının son böyük zəfəri idi. Bakının xilası qətiyyən Azərbaycan ilə Osmanlının birləşməsi mənasını daşımırdı. Qafqaz İslam Ordusu Osmanlı ilə Azərbaycan arasındakı qardaşlığın ən mühüm simvolu olduğu kimi, Bakını xilas edən ordu daha sonra Anadoludakı Qurtuluş ordusunun nüvəsini təşkil edib”, – deyə natiq bildirib.

    Daha sonra “Qafqaz İslam Ordusu” sənədli filmindən fraqmentlər göstərilib.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.