• Rus Dili
  • Reklam
    » » Müsəlman deyilsiniz, barı demokrat olun
    

    Müsəlman deyilsiniz, barı demokrat olun

    11-12-2017, 15:52
    Oxunub: 477
    Şərhlər: 0
    Çap versiyası
    Müsəlman deyilsiniz, barı demokrat olun

    AĞ Partiya başqanının birinci müavini, politoloq Əhəd Məmmədli

    Donald Trumpın ABŞ səfirliyinin Tel-Əvivdən Qüdsə köçürülməsi haqda qərarı, neçə gündür ki, dünyanın ən əsas xəbəridir. Bu mövzu Azərbaycanda da kifayət qədər müzakirə edilir. Müstəmləkə “aydınçiklərimiz" yenə ortaya atılıblar, başlayıblar Türkiyə mətbuatından “sübutlar" gətirməyə ki, sən demə fələstinlilər Osmanlıya xəyanət ediblər və s. Sosial şəbəkələrdə Fələstin və onun liderlərinə qarşı fotoşopla dolu yalan məlumatlar yayılır. Aydın məsələdir ki, bu anti-fələstin, anti-ərəb təbliğatının əslində arxasında islamofobiya durur. Müstəmləkə “aydınları" üçün problem fələstinli ərəblərin kimliyində deyil, problem onların müsəlman olmasındadır. Azərbaycanın müstəmləkə “aydınlarının" məhz İslama nifrət adlı ciddi psixoloji xəstəliyi var.

    Mən burda bir türk olaraq tarixi, bir müsəlman olaraq dini qoyacam bir yana. Mən burada hüquqi aspektdən və milli maraqlar tərəfindən, Azərbaycanın niyə Fələstinin yanında olmasının vacibliyini adi məntiqlə göstərəcəm. Deyirlər ki, fələstinlilər Osmanlıya xəyanət edib və bundan sonra Fələstin Osmanlının tərkibindən ayrılıb və guya bu tarixi də fələstinlilər bayram kimi qeyd edirlər. Növbəti yalan. Birinci dünya müharibəsində Fələstin, Şam və İraqda Osmanlı ordusunda türklər, ərəblər, kürdlər, çэrkəzlər, lazlar çiyin-çiyinə vuruşaraq Britaniya və Fransanı ağır məğlubiuyyətlərə uğratdı. Bu ərazilər yalnız o vaxt itirilmyə başladı ki, Osmanlı ordusunun mühüm bir hissəsini Ərəbistandan çıxarıb Azərbaycanı xilas etməyə göndərdi. Osmanlı xülafət olmasına rəğmən milli kimliyi məzhəbçilikdən üstün tutaraq, Ərəbistanı Azərbaycana görə qurban verdi.

    Xəbəriniz varmı, Ərəbistandan Azərbaycana gələn Qafqaz İslam Ordusunun tərkibində Tunis-Ərəb legionu da var idi? Əminəm bu haqda müstəmləkə “aydınlarının" xəbəri yoxdur, olsa da ciddi şəkildə İslama nifrət psixoloji xəstəliyinə bulaşdıqları üçün bu haqda əsla danışmazdılar. Həmin bu Tunis legionunun bəzi qaziləri evlənib Azərbaycanda qaldılar. Osmanlı tərkibində türklərlə yan-yana gavurlara qarşı əsirlərdir vuruşan ərəblərin tarixindən daha geniş şəkildə bu yazımda bəhs etməyəcəm. Sadəcə paralellər gətirəcəm.
    Əgər Osmanlıya xəyanət edən ərəblərin bu pis əməlini bütün ərəb xalqının adına yazılırsa, azmı türk Osmanlıya xəyanət edib? O anlamla onda gəlin, türkləri də xəyanətkar adlandıraq.
    Osmanlıya xəyanət edən bəzi türklərə hələ də liderim deyirsiniz. Yaxud çox uzağa getməyərək ən yaxın tariximizə nəzər yetirək. Əlikramçı, sadvalçı, pkkçı satqınlara, terrorçulara görə bütün talış, ləzgi, kürd qardaşlarımızı xəyanətkar adlandıra bilərikmi?! Təbii ki, adlandıra bilmərik! Bu Osmanlıya qarşı uydurma Fələstin xəyanətini sübut etməyə çalışan müstəmləkə “aydınlarının" Osmanlı və azərbaycanlı türklərə qarşı növbəti saxtakarlığıdır.

    Azərbaycan İslam dünyasının bir parçasıdır. Azərbaycanın bəzi müsəlman ölkələri ilə İsraildən daha sıx əlaqələri var. Və bunun nədəni təkcə din deyil. Dünyada üç ölkə var ki, Qarabağ münaqişəsinə görə hələ də Ermənistanla diplomatik əlaqə qurmayıb. Bu dövlətlər Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanıdır. Gördüyünüz kimi bu siyahıda İsrailin adı yoxdur. Yəhudi İsrail müsəlman Azərbaycana görə xristian Ermənistanla münasibətlərini pozmursa, müsəlman Azərbaycan niyə yahudi İsrailə görə müsəlman Fələstinlə münasibətlərini pozmalıdır?! Bu münaqişədə hər kəs özünə lazım olan tərəfin yanındadır, Azərbaycanın da öz tərəfi İslam dünyasının yanındadır!

    Üstəlik bu məsələyə din həsasiyyətiylə deyil, hüquqi aspekt və Azərbaycanın milli mənafeyi çərçivəsindən baxaq. BMT qurulandan Fələstin məsələsi ilə bağlı qərarı var. O torpaqlarda yəhudi dövləti ilə bərabər ərəb dövləti də qurulmalıdır. Yarım əsrdən çox vaxt keçməsinə baxmayaraq hələ də ərəb dövləti qurulmayıb. BMT-nin qətnaməsi var, Qüds iki yerə bölünüb, qərb hissəsi İsrailin, şərq hissəsi isə Fələstinin paytaxtı elan edilməlidir. Yarım əsrdir ki, buna da məhəl qoyan yoxdur. Oxşar vəziyyət Qarabağ münaqişəsindədir. BMT-nin qətnamələri var, Qarabağ azad edilib Azərbaycana qaytarılmalıdır. 20 ildən çoxdur ki, bu qətnamələrə də fikir verən yoxdur. Hər iki məsələdə hüquqi müstəvidə qurban Fələstinlə, Azərbaycan bir tərəfdə, işğalçı İsraillə Ermənistan digər tərəfdə yer alır. Milli maraqlar müstəvisindən də baxsaq eyni mənzərə alınır. Əgər bu gün ABŞ-la İsrail BMT-yə, beynalxalq hüquqa tüpürüb ancaq gücə güvənərək Qüdsü tək yəhudi dövlətinin paytaxtı elan edirsə, sabah eynən Rusiya ilə Ermənistan BMT-yə, beynalxal hüquqa tüpürərək, ancaq gücə güvənərək Qarabağı Ermənistanın bir hissəsi elan edəcəklər. Yəni İsrail bu qeyri-qanuni addımı ilə Ermənistan üçün bir presedent yaradır ki, bunu əlində fakt edib ermənilər də işğalını xarici dövlətlərin dəstəyi ilə rəsimləşdirsin. Buna görə də Azərbaycanın milli maraqları da Fələstinin yanında olmasını diktə edir.

    Azərbaycanın Fələstinin yanında olduğuna görə İsraillə münasibətlərin pozulacağına narahat olanların nəzərinə çatdırım ki, Azərbaycan dünyada yeganə yerdir ki, yəhudilər tarix boyu burda əmin-amanlıq içində yaşayıblar. Heç vətən saydıqları İsraildə yəhudilər özlərini Azərbaycandakı kimi təhlükəsiz hiss etməyiblər. İsrail Azərbaycanla münasibətlərini pozan deyil. Çünki, yəhudilər praqmatik xalqdır. Bir də ki, İsrailin indi münasibətləri pozulası o qədər ölkə var ki, Azərbaycan bu siyahıda axrıncılardandır.

    "Qüdsdənsə Qarabağa görə ağlayın" deyib öz ağıllarınca guya bizi qınaq atəşinə tutduqlarını zənn edənlərə bildirmək istəyirəm ki, siz Qarabağ üçün ağlayıb nə etmisiniz? Xəbərimiz yoxdur, bəlkə, Qarabağa görə Bakının mərkəzi küçələrində mitinqlər keçirmisiniz, yoxsa partizan dəstələri qurub Qarabağda vuruşmağa getmisiniz, bəlkə Ermənistanda diversiyalar etmisiniz?! Qarabağ partizanları deyilən dəstə var idi, hansının ki, üzvləri indi də həbsdədir. Onlar imanlı gənclərimiz idilər. Sabah Qarabağda yeni müharibə başlasa ürəyində məhz Məkkə, Mədinə, Qüds sevgisi olanlar gedib Qarabağ uğrunda vuruşacaq, öləcək, öldürəcək....

    PS. ABŞ-dan başqa BMT-nin təhlükəsizlik şurasının bütün üzvləri, aparıcı Qərb ölkələri Qüdsün İsrailin paytaxtı elan edilməsinə etiraz etdilər. Müstəmləkə “aydınları" müsəlman deyilsiniz, barı demokrat olun.



    Agxeber.comскачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.