“İslam Əməkdaşıq Təşkilatı tarixi sammit keçirdi, Qüdsün sahibsiz olmadığını dünyaya göstərdi” – Ərdoğan » Ağ Xəbər
  • Rus Dili
  • Reklam
    » » “İslam Əməkdaşıq Təşkilatı tarixi sammit keçirdi, Qüdsün sahibsiz olmadığını dünyaya göstərdi” – Ərdoğan
    

    “İslam Əməkdaşıq Təşkilatı tarixi sammit keçirdi, Qüdsün sahibsiz olmadığını dünyaya göstərdi” – Ərdoğan

    13-12-2017, 19:25
    Oxunub: 173
    Şərhlər: 0
    Çap versiyası
     “İslam Əməkdaşıq Təşkilatı tarixi sammit keçirdi, Qüdsün sahibsiz olmadığını dünyaya göstərdi” – Ərdoğan


    “İslam Əməkdaşıq Təşkilatı missiyasına uyğun olaraq tarixi sammit keçirdi, Qüdsün sahibsiz olmadığını bütün dünyaya göstərdi”.

    Bunu bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qüds məsələsi ilə bağlı İstanbulda fövqəladə toplantısından sonra keçirilən mətbuat konfransında deyib.

    Ərdoğan bildirib ki, ABŞ hüquq və əxlaqdan uzaq qərar qəbul edib: “Trampın ABŞ-ın səfirliyinin Qüdsə köçürülməsi barədə qəbul etdiyi qərarın bizim üçün əhəmiyyəti yoxdur, özü çalar, özü oynayar. Qüds təkcə müsəlmanların deyil, bütün dünyanın məsələsidir”.

    Türkiyə prezidenti bildirib ki, yekun Bəyannamə “Qüdsə azadlıq” adı altında qəbul edilib: “ABŞ-ın qərarı yanlışdır, xətada israr etməyin mənası yoxdur. BMT Təhlükəsizlik Şurasının 478 saylı qərarında ABŞ-ın da imzası var. Donald Tramp BMT Təhlükəsizlik Şurasının ABŞ-ın imzasının da olduğu qərarını necə yox saya bilər? Qüds qadın və uşaqları öldürərək sərhədlərini genişləndirən birinin ümidinə buraxıla bilməz. İşğalçı, terrorçu, qadın və uşaqlara işgəncə verən İsraili Donald Tramp necə dəstəkləyə bilər? İŞİD terror təşkilatına qarşı PYD/YPG terror təşkilatını dəstəkləyən Tramp bunu edə bilər. İƏT-in qərarı sammitdə bir ittifaqın yarandığını göstərir. Biz Qüds mücadiləmizi davam etdirəcəyik”.

    Ərdoğan qeyd edib ki, İsrail 1947-ci ildən Fələstin torpaqlarını addım-addım işğal etməkdədir: “Qüdsün tarixi xarakterinin qorunması vacibdir. Biz 1967-ci il sərhədləri çərçivəsində paytaxtı Şərqi Qüds olan Fələstin dövlətinin yaradılması uğrunda mübarizəmizi davam etdirəcəyik. Fələstin dövlətini tanımamış bütün dövlətlərə Fələstini tanımağa çağırırıq. Artıq bizim nəzərimizdə Fələstinin paytaxtı Şərqi Qüdsdür. Digər dövlətləri də paytaxtı işğal altındakı Qüds olan Fələstin dövlətini tanımağa çağırıram”.

    Qeyd edək ki, İstanbulda keçirilən sammitdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib.

    APAскачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.