İsrail əsgərləri iki ayağı olmayan fələstinli əlili güllələdi – Foto » Ağ Xəbər
  • Rus Dili
  • Reklam
    » » İsrail əsgərləri iki ayağı olmayan fələstinli əlili güllələdi – Foto
    

    İsrail əsgərləri iki ayağı olmayan fələstinli əlili güllələdi – Foto

    16-12-2017, 10:30
    Oxunub: 93
    Şərhlər: 0
    Çap versiyası
    İsrail əsgərləri iki ayağı olmayan fələstinli əlili güllələdi – Foto


    ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı qismində tanınmasını nəzərdə tutan qərarından sonra Fələstində başlanmış etiraz aksiyaları davam edir.

    Agxeber.com milli.az -a istinadən bildirir ki, İsrailə qarşı 3-cü intifadanı elan etmiş fələstinlilər sonadək mübarizə aparacaqlarını bəyan ediblər.

    Dünən də Fələstində aksiyalar keçirilib. İsrailin Qəzza bölgəsi ilə sərhədindəki aksiyalarda fələstinlilərlə İsrail hərbçiləri arasındakı toqquşmalarda 4 fələstinli güllə yaralarından şəhid olub, 160 nəfər yaralanıb.

    Qəzza bölgəsi ilə İsrailin sərhədinə toplaşmış təqribən 2 min fələstinli İsrail əsgərlərini daşa basıblar.

    İsrail hərbçiləri atəş açıblar.

    İsrail əsgərləri iki ayağı olmayan fələstinli əlili güllələdi – Foto


    Həlak olan fələstinlilər arasında əlil arabasında olan da var.

    Həmin şəxs 29 yaşlı İbrahim əbu Turayyadır. Təcili yardım maşını ilə Qəzza bölgəsindəki “Əl Şifa” xəstəxanasına aparılan İbrahim reanimasiya bölməsində keçinib.

    2 fələstinli isə Qüdsün şərqində, İordan çayının qərbində güllələniblər. Buradakı aksiyada 10 nəfər yaralanıb.

    İsrailin Daxili İşlər Nazirliyindən verilən məlumata görə, güllələnən fələstinlilərdən biri əlində bıçaq İsrail polislərinə hücum çəkib. Onun belində “şəhid qurşağı” da vardı. Lakin yaralını xəstəxanaya aparan təcili yardım heyətinin üzvü olan fələstinli həkimin dediyinə görə, “şəhid qurşağı” saxta, mulyaj idi.

    Fələstin Səhiyyə Nazirliyinin mətbuat katibi Əşrəf əl Kidranın sözlərinə görə, İsrail hərbçiləri iki fələstinlini başlarından güllələyərək qətlə yetiriblər.

    İsrail əsgərləri iki ayağı olmayan fələstinli əlili güllələdi – Foto


    Nazirlik həlak olmş fələstinlilərin adlarını da açıqlayıb. Onlar 18 yaşlı Məhəmməd Əmin Akel əl Adəm, 29 yaşlı Basil Mustafa Məhəmməd İbrahim, 31 yaşlı Əsir Suhar və 29 yaşlı İbrahim əbu Turayyadır.

    Hevron şəhərinin qərbindəki Beyt Ül şəhərciyinin sakini Məhəmməd əl Adəm Rəmallaya yolanaraq İsrail hərbçilərinə hücum edib. O, İsrail sərhədçilərindən birini bıçaqlayanda Məhəmmədə atəş açılıb.

    İsrailin Müdafiə Nazirliyindən verilən məlumata görə, əl Adəmin belində “şəhid qurşağı” olduğu üçün ona atəş açılıb. Əl Adəm 3 güllə yarası alıb.


    Rəmalladakı Ayoş meydanında isə fələstinli İsrail sərhədçilərinə bıçaqla hücum edib, bir zabiti yaralayıb.

    Getty Images-in reportyoru İlya Yefimoviçin dediyinə görə, Əl Adəm bıçaqla sərhədçilərə hücum edib: “Onun belində “şəhid qurşağı” vardı. Fələstinli zərərsizləşdiriləndən sonra hadisə yerinə “Qırmızı aypara”nın 3, “Maqen David Adom”un isə bir təcili yardım maşını gəldi. Yaralının belində “şəhid qurşağı” olduğu üçün israilli hərbçilər partlayışın baş verəcəyini düşünərək həkimlərə yaralıya yaxınlaşmağa imkan verməyiblər. Lakin fələstinli həkimlər yaralını götürərək hücum yerindən 800 metr aralıdakı maşına aparıblar”.

    İsrail hərbçilərinin dediklərinə görə, Fələstinin HƏMAS qruplaşması qəsdən aksiyalarda uşaqları, yeniyetmələri, qadınları və əlilləri ön sıralara çıxardır, israilli hərbçiləri atəş açmağa sövq etməyə çalışırlar.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.