Şəxsiyyət vəsiqəsinin və pasportun itirilməsinə görə cərimə ləğv olundu » Ağ Xəbər
  • Rus Dili
  • Reklam
    » » Şəxsiyyət vəsiqəsinin və pasportun itirilməsinə görə cərimə ləğv olundu
    

    Şəxsiyyət vəsiqəsinin və pasportun itirilməsinə görə cərimə ləğv olundu

    19-12-2017, 14:33
    Oxunub: 129
    Şərhlər: 0
    Çap versiyası
     Şəxsiyyət vəsiqəsinin və pasportun itirilməsinə görə cərimə ləğv olundu


    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanununa və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsi haqqında qanunları imzalayıb.

    Avropa.info xəbər verir ki, qanun qəbul edilənədək şəxsiyyət vəsiqəsinin və ya pasportun itirilməsinə və ya korlanmasına görə İnzibati Xətalar Məcəlləsində cərimə nəzərdə tutulmuşdu. Şəxsə əvvəlcə inzibati cərimə (30 manat) tətbiq edilir daha sonra isə, o, dövlət rüsumu ödəyərək yeni sənədi əldə edirdi.
    Yeni qəbul edilən Qanunlara əsasən şəxsiyyət vəsiqəsinin və ya pasportun itirilməsinə və ya korlanmasına görə inzibati məsuliyyət (30 manat cərimə) ləğv edilir və əvəzində dövlət rüsumunun məbləği (10 manat) artırılır. Bununla da vətəndaşlar həm əlavə məsuliyyət tədbirlərindən azad edilir, həm də inzibati icraatla əlaqədar sənədlərin tərtib edilməsinə görə sərf edilən vaxt itki istisna edilmiş olur.

    “Dövlət rüsumu haqqında” qanuna edilmiş digər dəyişiklik arxiv sənədlərinin verilməsi ilə bağlıdır.

    Əvvəlki qanunvericiliyə əsasən arxiv arayışları vətəndaşların müraciətlərinə əsasən 1 ay müddətində verilirdi. Lakin təcrübədə bir çox hallarda daha qısa müddətdə sənədlərin hazırlanması zərurəti yaranır, bu hal qanunvericilikdə nəzərdə tutulmadığı üçün təcili şəkildə belə sənədlərin verilməsi mümkün olmurdu.

    “Dövlət rüsumu haqqında” qanuna edilmiş dəyişikliyə əsasən vətəndaşlar arxiv arayışlarının və arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin daha qısa müddətdə 3 və ya 5 gün müddətində ala biləcəklər. Vətəndaşlar arxiv arayışlarının 3 gün müddətində alınması üçün 10 manat, 5 günə alınması üçün 5 manat məbləğində dövlət rüsumu ödəməklə sürətləndirilmiş qaydada bu arayışları ala biləcəklər.

    Sənədləri təcili əldə etmək istəməyən şəxslər arxiv arayışlarını əvvəlki kimi pulsuz olaraq alacaqlar.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.