• Rus Dili
  • Reklam
    » » Fələstin və Qüds Baş müftisinin müavini Bakıdan bütün müsəlmanlara çağırış edib
    

    Fələstin və Qüds Baş müftisinin müavini Bakıdan bütün müsəlmanlara çağırış edib

    22-12-2017, 19:00
    Oxunub: 91
    Şərhlər: 0
    Çap versiyası
    Fələstin və Qüds Baş müftisinin müavini Bakıdan bütün müsəlmanlara çağırış edib“İslam aləmində baş verən son hadisələr, xüsusilə Qüds məsələsi tək müsəlman dünyasının yox, bütün bəşəriyyətin problemidir”.

    Bu sözləri Bakıda “2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda keçirilən beynəlxalq konfransda Fələstin və Qüds Baş müftisinin müavini İbrahim Xəlil Məhəmməd Avadallah deyib.

    O, müsəlman dünyası ABŞ-a birlikdə ciddi təzyiq etməyə çağırıb: “Biz müsəlmanlar qanunun, haqqın tərəfdarıyıq. Amma bu gün ABŞ rəhbəri Tramp bizə qarşı ən haqsız qərar verib. Qüdsü müsəlmanlardan zorla qoparmaq istəyir. Biz bu sevinci ona yaşayatmayacağıq. Heç kimin ixtiyarı yoxdur ki, başqasının haqqını alsın. O cümlədən də ABŞ-ın belə bir haqqı yoxdur”.

    Baş müftinin müavini bildirib ki, bölgə müsəlmanları bütün dinlərdən olan ibadətgahlara ehtiramla yanaşır: “Amma bu gün bu qərarla istəyirlər ki, siyasi oyun oynayıb, bunu pozsunlar. Heç kim bu oyunu göz ardına almamalıdır”.





    APA
    скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.