• Rus Dili
  • Reklam
    » » AĞ partiya Rəhim Qazıyevin həbsini pislədi
    

    AĞ partiya Rəhim Qazıyevin həbsini pislədi

    26-12-2017, 21:33
    Oxunub: 288
    Şərhlər: 0
    Çap versiyası
    AĞ partiya Rəhim Qazıyevin həbsini pislədi

    AĞ partiya keçmiş müdafiə naziri Rəhim Qazıyevin həbsini pisləyən bəyanat yayıb. Bəyanatı təqdim esirik
    25.12.2017 tarixində keçmiş müdafiə naziri Rəhim Qazıyev mülki geyimlilər tərəfindən saxlanılaraq naməlum istiqamətə aparılıb. Daha sonra məlum olub ki, Rəhim Qazıyev bilinməyən səbəblərdən ötrü qeyri-qanuni olaraq Nərimanov RPİ-nin 17-ci polis bölməsində saxlanılır. Mətbuat işçilərinin və ictimaiyyət nümayəndələrinin saxlanılmanın səbəblərinin öyrənilməsinə dair rəsmi müraciətlərinə baxmayaraq bölmə tərəfindən ictimaiyyətə heç bir məlumat verilməyib. Yalnız sabah sabah saat 10:00-da məlumat veriləcəyi elan olunub. Ertəsi gün keçmiş nazir Nərimanov rayon məhkəməsinə aparılaraq uydurma ittihamlarla 10 gün müddətinə inzibati həbsə məhkum edilib. Azərbaycan reallığında bu cür insan oğurluqları və ardınca inzibati həbslərin siyasi motivli olduğu heç kəsə sirr deyil. Biz də həbsin əsl səbəbinin Rəhim Qazıyevin bu yaxınlarda hakimiyyət nümayəndələrini kəskin tənqid etdiyi müsahibənin sosial şəbəkələrdə yayılmasında görürük.
    Biz AĞ partiya olaraq Azərbaycan respublikası vətəndaşlarının heç bir hüquqi və əxlaqi norlamaları pozmayan siyasi tənqidə görə şərlənərək həbs olunmasını qətiyyətlə pisləyirik. Nəzərə alsaq ki, Rəhim Qazıyev Azərbaycan siyasi tarixinin bir dönəmində xüsusi çəkiyə malik olan dövlət xadimlərindən olub, hal-hazırda da ömrünün ahıl çağındadır, o zaman bu həbs siyasi cəhətdən olduğu qədər həm də mənəvi və əxlaqi cəhətdən də qınağa laiqdir.
    AĞ partiya olaraq biz Azərbaycan hökumətindən qanunsuz həbs olunmuş Rəhim Qazıyevin dərhal azad olunmasını və bu qanunsuzluqlara rəvac vermiş məmurların cəzalandırılmasını tələb edirik!скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.