Əhəd Məmmədli :Türkiyənin hücum siyasəti » Ağ Xəbər
  • Rus Dili
  • Reklam
    » » Əhəd Məmmədli :Türkiyənin hücum siyasəti
    

    Əhəd Məmmədli :Türkiyənin hücum siyasəti

    27-12-2017, 23:49
    Oxunub: 88
    Şərhlər: 0
    Çap versiyası
    Əhəd Məmmədli :Türkiyənin hücum siyasəti

    2016-cı illə müqayisədə 2017-ci ilin 3-cü rübündə Türkiyə iqtisadiyyatı 11,1% böyüyüb. Bu, Çin və Hindistanın göstəricilərindən belə yüksək bir rəqəmdir.

    Axar.az xəbər verir ki, bu sözləri politoloq Əhəd Məmmədli Türkiyənin regional mövqeyi ilə bağlı qeyd edib. O bildirib ki, siyasi baxımdan isə Türkiyə Yaxın Şərqdən sonra (Qətər, Suriya, İraq, Fələstin) digər Osmanlı coğrafiyası olan Şimali Afrikada da (Somali, Sudan, Tunis) mövqeyini gücləndirməkdədir:

    “Qətər və Somalidən sonra Türkiyə hərbi bazasını Sudanda da qurmağı hədəfləyir. Türkiyənin nəzarətinə verilən Sudanın Sevka adası tarixi-strateji coğrafi bir mövqeyə sahibdir”.

    Politoloqun sözlərinə görə, Türkiyə növbəti hərbi bazasını Cibutidə quracaq:

    “Qətərdə ABŞ-ın Yaxın Şərqdə ən böyük hərbi bazasına alternativ quran Türkiyə indi də Cibutidə Çinin hərbi bazasına alternativ quracaq. Artıq ABŞ və Çin, dünyanın birinci və ikinci dövləti və onlarla dünyanın hər nöqtəsində ayaqlaşmağa başlayan Türkiyə var”.

    PKK-nın və FETÖ darmadağın edilməkdə olduğunu vurğulayan politoloq bildirib ki, Türkiyə 2017-ci ildə müdafiə olunmaqdan çıxıb:

    “2018-ci ildə isə bütün cəbhələrdə hücuma hazırlaşır. Almaniyanın xarici işlər naziri də Türkiyə və Ukraynanın yaxın zamanlarda Avropa Birliyinə üzvlüyünün real görünmədiyini bildirib. Türkiyənin buna daha ehtiyacı da yoxdur, Ukrayna isə Qərbə ümidlərini üzməli, öz liderini yetişdirməli və mövqelərini bərpa etməlidir”.

    Qeyd edək ki, Türkiyənin Sevka adasında quracağı bazanın “Türk üşbucağı”nı tamamladığı barədə rəy ortaya çıxıb.
    скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.