• Rus Dili
  • Reklam
    » » Əhəd Məmmədli : Səudiyyə Ərəbistanı - Panislamizm yoxsa panamerikanizma doğru ?
    

    Əhəd Məmmədli : Səudiyyə Ərəbistanı - Panislamizm yoxsa panamerikanizma doğru ?

    28-12-2017, 21:04
    Oxunub: 456
    Şərhlər: 0
    Çap versiyası
    Əhəd Məmmədli : Səudiyyə Ərəbistanı - Panislamizm yoxsa panamerikanizma doğru ?

















    AĞ Partiya başqanının birinci müavini, politoloq Əhəd Məmmədli.

    İslam çoğrafiyası xüsusən də Yaxın Şərq ötən əsrlərin Avropasını xatırladır. Köhnə münaqişə ocağı biraz səngiyir əvəzini yeni münaqişə ocağı əvəzləyir, yeni münaqişə ocağı səngimiyə başlayır, köhnə münaqişə ocağı alovlanır. Və bu xoşagəlməz mənzərə yarım əsrdən çox davam edir. Bura Yaxın Şərqdir əvvəli və sonu bilinməz. Dünyanın ən strateji regionu, üç ən böyük dininin məkanı olan Yaxın Şərqin axırıncı İslam xülafəti Osmanlı imperiyası tərkibindən çıxarılandan sonra sabitliyini birdəfəlik itirdi. Yaxın Şərqin bu qeyri sabit durumu illər keçdikcə öz təsirini dünyaya daha çox hiss etdirir. Müsəlman çoğrafiyasında durmadan, bir-birini əvəzləyən müharibələri mühacirlər vasitəsi ilə artıq tox, sabit Avropa da hiss etməyə başlayıb.Son yüz ildə Yaxın Şərq regionu təkcə müharibələrlə deyil, həm də dünyada ən böyük neft yataqları ilə fərqləndi. Bir anda səhra krallığı Səudiyyə Ərəbistanı böyük göydələnlər krallığına çevrildi. Son zamanlar dünyanın ən klerikal dövlətlərindən biri (bəlkə də birincisi) Səudiyyə krallığı hər kəsin diqqət mərkəzindədir.
    1964-1975 illərdə Səudiyyə taxt-tacına sahiblənən kral Faysal bin Abduləziz ərəb və islam dünyasının vəhdətləşməsində böyük pay sahibi oldu. İslam birliyi projesini həyata keçirməyə başladı. Tarixə panərəbist, panislamist kral kimi düşdü. Düzdür bu ona baha başa gəlir. ABŞ-da təhsil almış qardaşı oğlu tərəfindən öldürülür. Hələ Xarici İşlər naziri olan zaman Faysal bin Abduləziz BMT-nin İsrail dövlətinin qurulmasını dəstəkləməsinə etiraz edərək o vaxtkı kral atası Abdul Əziz ibn Səuddan ABŞ ilə əlaqələri kəsməyi tələb etmişdir. Səudiyyə Ərəbistan tarixində ilk dəfə islahatlar kral Faysalın vaxtında baş verdi, qızlar məktəbi, televiziya açıldı.
    Misirdə "BAAS" rejiminə əsas müxalif qüvvə olan “İxvanil-müslimin” (Müsəlman qardaşları) təşkilatının lideri Seyyid Kutubun edamını əngəlləmək üçün kral Faysal Misirin prezidenti Abdel Nasra məktub göndərir. Abdel Nasr anlayır ki, kral Faysal məktubda ondan “qardaşların” lideri Seyyid Kutubun edam olunmamasını istəyir. Abdel Nasr hiylə işlədərək Kutubu edam etdirir, sonra məktubu açır. Artıq iş-işdən keçmişdi. Kral Faysal Seyyid Kutubun qızı Zeynəb Kutubu, “qardaşların” digər liderlərini ölkəsinə dəvət edir. Səudiyyə Ərəbistanı dövlət radiosunda Zeynəb Kutub “Quran təvsiri” verlişini aparır. Səudiyyə Ərəbistanı misirli “qardaşlar” üzvləri üçün ikinci vətənə çevrilir.
    İslam birliyi naminə kral Faysal Misir, Suriya, İraq, Türkiyə və digər müsəlman ölkələriylə əlaqələri möhkəmləndirmək, münasibətləri yaxınlaşdırmaq üçün oralara mütəmadi səfərlər edir. 1965-ci ildə kral Faysal Qüdsə tarixi səfər edir. 1973-cü ildə kral Faysal, İran şahı Məhəmməd Rza Pəhləvi ilə anlaşaraq, ABŞ-a və İsraili dəstəkləyən digər dövlətlərə ərəb neftininin ixracının dayandırılmasını əmr edir. Və bu da son nəticədə neftin qiymətlərinin 4 dəfə artmasına və qlobal böhrana səbəb olur. 1973-cü ildə ABŞ-ın "Taym" jurnalı kral Faysalı "İlin adamı" elan edir.
    1975-ci il mart ayının 25-də Küveytin neft naziri Abdülmüttəlib əl-Kazimini Krallıq divanxanasında qarşılayan kral Faysala qarşı sui-qəsd həyata keçirilir. Belə ki, ABŞ-dan qayıdan qardaşı oğlu Faysal ibn Müsaid ona tapançadan atəş açır. Güllələrdən birinin boğazına dəyməsi və ana arteriyanı zədələməsi kral Faysalın ölümünə səbəb olur. İndiyədək bu sui-qəsdin arxasında kimlərin durduğu qaranlıq qalır. Kral Faysalın öldürülməsindən cəmi dörd il sonra, dostu, müttəfiqi İran şahı Məhəmməd Rza Pəhləvi bir il davam edən üsyan nəticəsində taxt-tacdan salınır. Bu üsyan tarixə “İslam inqilabı” adı ilə həkk olunur. Qərbə birlikdə böyük iqtisadi böhran yaşadan iki müsəlman monarx, kral Faysal və şah Məhəmməd Rzanın az sonra faciəvi sonluq yaşamaları bir çox tarixçi, araşdırmaçı, region ekspertləri tərəfindən təsadüf sayılmır.
    Kral Faysalın öldürülməsindən sonra taxt-taca sahiblənən kiçik qardaşı Xalid bin Abduləziz Amerika ilə bütün münasibətləri bərpa edir. Növbəti kral Fəhd bin Abduləziz, İran üsyanı, SSRİ-yə qarşı Əfqanıstan, İran-İraq, Livanda vətəndaş və İraqa qarşı birinci körfəz savaşında aktiv fəalliyət göstərib, ABŞ-ın ən yaxın müttəfiqi kimi çıxış edib. Səudiyyə Ərəbistanda Osmanlı qalasını yıxmaqla gündəmə gələn kral Fəhd, Türkiyədə “Çirkin kral” ləqəbi ilə tanınmışdır.
    2005 il də kral elan edilən Abdullah bin Abduləziz daha çox “Müsəlman qardaşları” təşkilatına düşmənçiliyi ilə tanındı. Kral Abdullah, Misirdə “İxvan” prezident Məhəmməd Mürsinin hərbi qiyam nəticəsində devrilməsinin əsas dəstəkçilərindən oldu. 2014-cü ildə kral Abdullah “Müsəlman qardaşları” təşkilatını terror təşkilatı kimi tanıyır. Növbəti kral Naif bin Abduləziz olmalı idi. Lakin, vəliəhd şahzadə vəfat edir. Bəzi şayələrə görə öldürülüb. Ölmünün səbəbi rəsmən açıqlanmayıb. Məlumatlara görə vəliəhd şahzadə ağ qan və şəkər xəstəliyindən əziyyət çəkirdi.
    2015 ildə Səudiyyə Ərəbistanı kralı Salman bin Abduləziz oldu. Kral Salman ilk olaraq əvvəlki kral böyük qardaşı Abdullah bin Abduləzizin komandasının açar isimlərini hakimiyyətdən kənarlaşdırdı. Kral Salman keçmiş kral Abdullah bin Abduləzizin liberal islahatlarına tənqidi yanaşıb. 2007 il də gələcək kral Salman Ər-Riyad əmiri olarkən amerikan səfiri ilə görüşdə “Demokratiya Səudiyyə Ərəbistanı üçün uyğun deyil” sözlərini işlətmişdir. 2015-ci ildə kral Salman “ixvanların” məşhur din alimi Əl-Kardavinin Səudiyyə Ərəbistanına səfər etmə yasağını götürdü. Ər-Riyadda Əl- Kardavinin başçılığı altında, Dünya Müsəlmanlar Konqresini təşkil etdi. Həmin tədbirdə Tunis “Müsəlman qardaşlarının” lideri Rəşid Qan-Nuşi də iştirak edirdi. Bu tədbir və onun iştirakçıları qonşu BƏƏ-nin sərt təpkisinə məruz qalmışdı. Hər şeyə rəğmən kral Salman ən yaxın münasibətləri digər qonşusu “İxvan” Qətərlə qurmuşdur. “Həmas” lideri Xaled Maşal Ər-Riyadı ziyarət edir. Rus qırıcısının vurulması ilə, başlanan Türkiyə-Rusiya qarşıdurmasında Səudiyyə Ərəbistanı açıq şəkildə Türkiyənin yanında durur. Türkiyəyə siyasi-iqtisadi dəstək verir. Türkiyə şirkətlərinə 200 milyardlıq inşaat layihəsi təklif edilir. Kral Salman Türkiyəyə qarşılıqlı səfərlər edir. 2016-cı il aprel ayının 14-də Ankarada keçirilən İslam Əməkdaşlıq Təşkilatının liderlərinin 13-cü zirvə toplantısında kral Salman tərəfindən İslam ordusu qurulması danışıqları aparılırdı.
    2015 il yanvar ayında Amerika prezidenti Barak Obama Səudiyyə Ərəbistanının vəfat edən kralı Abdullah bin Abduləzizin təziyəsinə mərasiminə gələndə yeni kral Salman bin Abduləziz Obama ilə salamlaşıb, əsr namazının girdiyini söyləyərək görüşü yarımçıq qoyub getmişdi. Halbuki əsr namazının vaxtı 2-3 saat uzanır, yəni, bu vaxt müddətində sonra da namazını qıla bilərdi. Əsr namazı kral Salmanın Obamanı tərk etməsinin bir bəhanəsi kimi qiymətləndirilmişdir. Bütün bunlardan sonra ABŞ-İran münasibətlərinin istiləşməsi, Yəməndə İrana yaxın “Husilərin” hucumları intensivləşmişdi.

    2016-cı il aprel ayında ABŞ prezidenti Barak Obama Ər-Riyada ikinci dəfə səfər edən zaman protokola zidd olaraq onu hava limanında kral ailəsinin nümayəndəsi deyil paytaxt regionlarından birinin qubernatoru qarşılamışdı. Kral Salman da Obama ilə görüşdə əl sıxmaqla kifayətlənmişdi. Bu da Səud kralının amerikan prezidentinə növbəti soyuq münasibətinin göstəricisi idi.
    Kral Salmandan sonra tax-tac onun kiçik qardaşı və ata kral Abduləzizin həyatda yaşayan ən kiçik oğlu Mukrin bin Abduləzizə keçməli idi. Lakin, vəliəhd-şahzadə Mukrin bin Abduləziz könüllü olaraq Səud taxt-tacından imtina etdi. Buna görə 2015-ci ildə Mukrin bin Abduləzizin oğlu Mənsur bin Mukrin kral Salmanın birinci vəliəhdi təyin edildi. Mənsur bin Mukrin də bir neçə aydan sonra öz istəyi ilə vəliəhdlikdən imtina etdi. Onun yerinə “birinci vəliəhd şahzadə” postuna vəfat edən vəliəhd şahzadə Naif bin Abduləzizin oğlu Məhəmməd bin Naif gəldi. Lakin, sonra birinci vəliəhd, Daxili İşlər naziri Məhəmməd bin Naif, 34 nəfərlik Səud ailəsinin şurası tərəfindən səsvermə yoluyla (31 lehinə, 3 bitərəf) “birinci vəliəhd “statusundan mərhum edildi. Həmçinin Daxili İşlər naziri vəzifəsindən də çıxarıldı. Məhəmməd bin Naif ABŞ mətbuatında terrorizimlə savaşan generalı kimi tanınırdı. ABŞ-da təhsil almış Məhəmməd bin Naif “Mərkəzi Kəşfiyyat İdarəsindəki” əlaqələri ilə tanınırdı. Məhəmməd bin Naifin amerikan kəşfiyyatı ilə münasibətləri Səudiyyə Ərəbistanında heç kəsə sirr deyildi. Muhamməd bin Naif 2009-cu ildə Əl-Qaida üzvləri tərəfindən şübhəli suiqəsdə məruz qalmışdı. Son anda güya terrorçular zərərsizləşdirilmişdi. Bu olay Məhəmməd bin Naifin amerikan mətbuatında geniş piarına səbəb olmuşdur 2017-ci ildə bütün postlardan mərhum edilən bu şəxsin azadlığı məhdudlaşdırılmış hala salınıb. Hal-hazırda Məhəmməd bin Naif Səudiyyə Ərəbistanında ev dustaqlığına yaxın bir şəraitdə yaşayır .
    Bütün baş verənlərdən sonra kral Salman oğlu şahzadə Məhəmməd bin Salmanı birinci vəliəhd təyin etdi. Məhəmməd bin Salman 2015-ci ildə 29 yaşında dünyanın ən gənc müdafiə naziri təyin edilib. “Taym” jurnalının 6 dekabr 2017-ci il nəşrinin oxucuların qənaitinə görə şahzadə Muhamməd bin Salman ilin adamı seçildi. 2017-ci il noyabrın 4-ü Məhəmməd bin Salman Korrupsiyaya Qarşı Mübarizə Ali Komitəsinin başçısı təyin edildi. Bu təyinatdan biraz əvvəl, təqribən sentyabr ayında Məhəmməd bin Salman bildirmişdi ki, -korrupsiya və səlahiyyətləri aşmalara qarşı kimliyindən asılı olmayaraq hər kəs təqib ediləcək. Bunun nəticəsi olaraq da bir çox şahzadə və yüksək ranqlı məmurlar həbs edildi. Saxlanılanlar arasında ən tanınmış şəxslər Mutab bin Abdullah (Səudiyyə Ərəbistanının sabiq kralının oğlu və Milli Qvardiyanın keçmiş naziri), Vəlid bin Təlal – milyarder-şahzadə, Xalid Tuvayciri (Kral Məhkəməsinin sabiq sədri), Bəkir bin Laden (“Bin Laden Holdinq”in prezidenti), şahzadə Fəhd bin Abdullah (müdafiə nazirinin sabiq müavini), Şeyx Vəlid əl-İbrahimi (“MBC media”nın sahibi), Məhəmməd Altbaşi (Kral dəftərxanasının sabiq rəhbəri), Xalid əl-Mulhim, İbrahim əl-Assaf (krallığının sabiq maliyyə naziri), Turki bin Abdullah bin Əbdüləziz (Ər-Riyadın keçmiş əmiri), şahzadə Turki bin Nasir bin Əbdüləziz və digərləridirlər.
    Səudiyyə Ərəbistanı krallığında 2017-ci ilin sentyabr ayının başlanğıcında bir sıra tanınmış din xadimlərinin həbsi keçirildi. Əli əl-Öməri və həmən ardından da Salman əl-Avda, Avaz əl-Karni, Nasır əl-Ömər gözaltına alınan onlarca ruhani arasında ən çox tanınan isimlərdir. Bu həbslər başda Şeyx Avda olmaqla onların şöhrətləri, Səudiyyə Ərəbistanı üləma məktəbi içində “Sahvə” (Oyanış) adlanan Sələfi çevrənin ilk təmsilçiləri olmalarından və qlobal çapdakı İslami “dəvət” çalışmalarıyla, həmçinin sosial mediada daha çox tanınmalarından qaynaqlanır.
    “Sahvə” təməyyülünün köklərini bilmək üçün 1970-ci illərə geri dönmək gərəkir. Misir, Suriya, İraq və Yəməndəki baasçı rejimlərin əlindən ölkələrini tərk etmək məcburiyyətində qalan bir qism İslam aliminə və hərəkət adamına Səudiyyə Ərəbistanın bu dönəmdə qapılarını açdığını görürük. “İxvanil müslimin” (Müsəlman qardaşlar) üzvləri və təəsübkeşləri olan bu ruhanilər, teoloqlar Mədinə İslam Üniversitetinin şəriət və başqa fakültələrində, Səudiyyə Ərəbistanın digər dini qurumlarında yer aldılar. Və bundan sonra digər ərəb ölkələrindən gələn həmin muhacirlərin sayəsində Səud rejiminin rəsmi ideologiyası olan ənənəvi hənbəli-sələfiliklə çağdaş siyasal İslamcılığın izdivacı başladı. Digər ərəb ölkələri kimi kolonial keçmişi olmayan qapalı Səudiyyə cəmiyyəti mühacirlərin sayəsində siyasal İslama qapılarını açdı.
    İbn Baz və İbnül-Useymin kimi ənənəvi alimlərdən fərqli olaraq Salman əl-Avda, Səfər əl-Havali, Nasir əl-Ömər, Aiz əl-Karni, İbrahim əd-Duveyş, Məhəmməd bin Səid əl-Kahtani kimi isimlərdən oluşan və özlərini “Şuyuhüs-sahvə” (Oyanış alimləri) adlandıran yeni bir sələfi üləma çizgisinin ortaya çıxışını bəlirlədilər.
    Salman əl-Avda və Səfər əl-Havali yeni xəttin simvol simalarına çevrildilər. 1991-ci il Körfəz savaşında Səudiyyə Ərəbistanın ABŞ-ın yanında olması və amerikalı əsgər personalının ölkədə olması Avda və Havali kimi sələfi alimləri tərəfindən sərt tənqid edilmişdi. Tənqidlərlə bərabər reform tələbi həmin alimlər tərəfindən o zamankı kral Fəhd ilə baş müftü İbn Baza yazılan və media orqanlarında yayımlanan məktublarda cəmiyyətə açıqlandı. Bu məktubların imzaçıları arasında hüquq və fətva konseylərində, universitelərdə, vəqflər və həcc işlərində rəsmi vəzifəli sələfi alimlər də yer aldı. Avda ve Havali kimi geri addım atmayan alimlər görəvlərindən alındılar, mühakimə edilərək uzun müddətli həbs cəzalarına məhkum oldular. Məsələn, Avda 1994-1999-cu illəri həbsxanada keçirdi. Rejimlə bərabər “Sahvə” alimləri Usəma bin Laden və digər əlqaidəçilər tərəfindən də kəskin ittihamlara məruz qaldılar.
    «Sahvə»nin çağdaş İslamcılığa digər bir tövhəsi siyasi sələfilik oldu. Buna “İxvanil müslümün” Körfəz davamı da demək olar. Daima bir dövlət məzhəbi olan Səudi sələfiliyində çox partiyalı demokratik sistem, sərbəst seçimlər və parlamentə qatılım kimi siyasi fəaliyyət qəti qadağandır. Buna rəğmən, səudiyyəliləri ilk dəfə siyasi islama yönəldən şəxs Əbdürrəhman Abdülxaliq “Sahvə” çevrəsinə mənsub olan bir şeyx idi. Universiteti oxuduğu müəllimlərindən daha çox vətəni Misırin İslamçı ideolojisi Əbdurrəhman Abdülxaliq üzərində daha etkili olmuşdu. Qurduğu siyasi partiya üzərindən 1981-ci ildə iki həmfikrini Kuveyt parlamentinə seçdirməyə nail olmuşdu. Bu fəaliyyətlərinə görə rəsmi Səudiyyə çevrələrində şiddətlə tənqid və ittihama məruz qalmışdı. Əbdurrəhman Abdulxaliqin deyimiylə söyləsək “Təqlidçi sələfiyyənin” alternativi olan bu “Yeni sələfiyyənin” çizgisini İngiltərədə Məhəmməd Surur Zeynəlabidin, Yəməndə Əbdülməcid Zindani, Səudiyyə Ərəbistanda Dr. Saad əl-Fakih ilə, Dr. Məhəmməd Əl-Mesari davam etdirdi. Son iki ad Dr. Saad əl-Fakih ilə Dr. Muhamməd Əl-Mesari Səudiyyə krallığında siyasi partiyalara qadağa olduğu üçün fəaliyyətlərini Avropada davam etdirirlər. Əbdülməcid Zindani isə uzun müddətdir ki Yəmənin böyük partiyalarından olan “Hizbul-Islah”ın üzvüdür.
    Əl-Qaidənin üzərinə götürdüyü 2001-ci il 11 sentyabr terror aktını Salman əl-Avda kəskin pisləmişdi. Onun sözlərinə görə bu cür terror aktları müsəlmanların Fələstin, Kəşmir, Çeçenistanda apardığı haqq mübarizəsinə kölgə salır. Buna baxmayaraq həmin terror aktından sonra ABŞ təhlükəsizlik qüvvələri hazırladıqları rəsmi sənəddə günahlandırılanlar və şübhəlilər siyahısına əl-Avda və əl-Havalinin adlarını da salır. Əl-Avda “orta xətti” İslamiyyətin önəmli bir prinsipi kimi göstərir. Bu yaxınlarda “orta xəttli İslam” ifadəsini birinci vəliəhd şahzadə Məhəmməd bin Salman da işlətmişdi.
    Təxminən 150 səudiyyəli din alimi, bilim adamı və intellektualların imza atdığı “Necə bir yerdə ola bilərik? ” başlıqlı, “Şiddət dilinə alternativ yaratmaq” üçün dünyaya barış və dialoq çağrısı edən açıq məktubun imzaçıları arasında Avdə ilə bərabər Aiz əl-Karni ve Havali kimi şeyxlərin olması diqqət çəkməyə bilməzdi. Bu missiya özündə həmçinin qatı sələfilər ilə Səuddiyyə dövləti arasında dialoq mühiti yaradaraq ölkəni terror təhlükəsindən qurtarmaq məqsədini daşıyırdı. Məsələn, Həvali 2003-cü ilin noyabr ayında qırxa qədər din alimi ilə birlikdə terroistlərlə hökümət arasında vasitəçilik işinə girişdi. 2004-cü ildə terroristləri topluma qazandırmaq üçün çıxarılan əfv qanununun qismən də olsa həyata keçməsində Həvalinin önəmli rolu olmuşdu. Bir çox radikalın dövlətə təslim olma razılığı Həvalinin fəaliyyətinin nəticəsində baş vermişdi. Ərəb mediası uzun müddət bu haqda reportajlar hazırlamışdı, məqalələr çap etmişdi.
    Salman əl-Avdanın da şöhrəti getdikcə artmaqda idi. Ərəbcə, inqiliscə, fransızca və çincə yayımlanan “İslam Today” saytının memarı Əl-Avda dünyanı gəzdi və şöhrəti sələfi çevrələri hüdudlarını aşdı. Qısa zamanda dünyanın ən tanınmış İslam dəvətçiləri arasına girdi. Məzhəbçiliyi və din qaynaqlı şiddəti qınadı. “İntihar hücumlarının” şəriətdə yerinin olmadığını açıqladı. 2006-cı ildəki İsrail-Hizbullah savaşında Hizbullaha açıq dəstək verdi. Bir sələfi şeyxindən gözlənilməyən bu addım İslam çevrələrdə təqdirlə qarşılandı.
    2011 il Ərəb baharında şeyx Avda ərəb xalqlarını küçələrə, meydanlara çıxmaları üçün çağırış etmişdi. Misirdəki hərbi çevrilişə qarşı çıxdı. 2013-cü ildə xüsusən əlqaidəçi məhbuslara edilən işgəncələr gündəmə gəlincə Əl-Avda səsini təkrar yüksəltmiş, tutulanlara qarşı yaxşı rəftar və ədalətli mühakimə edilməsini tələb etmişdi.
    “Sahvə” şeyxlərinin həbs edilməsinin ardından, “Reuters“ agentliyi belə bir məlumat yaydı: - “Saxlanılanların cəsusluq fəaliyətində və “İxvanil Müslimin” kimi əcnəbi təşkilatlarla əlaqə halında olduqları deyilir”. Bilindiyi kimi “İxvanı” Səud rejimi terror təşkilatı olaraq yenidən qəbul etməkdədir. Cəsusluq fəaliyyəti ittihamı isə çox güman ki, Qətərlə əlaqələndirilir. Əslində “Sahvə” çevrəsi “Qətər böhranı” zamanı heç vaxt Səudiyyə Ərəbistanını haqsız duruma düşürən Qətəri dəstəkləyən bir fəaliyyətdə olmamışdı. Ancaq, Səud monarxiyasına da birmənalı dəstək verməmişdilər. Səudiyyə Ərəbistanının birinci vəliəhdi şahzadə Məhəmməd bin Salman ilə Qətər əmiri şeyx Təmim arasında baş verən ən son telefon danışığından sonra Əl-Avda çox ümüdlənmiş, sosial media hesabından ALLAHa həmd edərək təbriklə çıxış etmiş, iki ölkənin daha da yaxınlaşması üçün dua etmişdir.
    Sosial mediada 14 milyon izləyicisi olan şeyx Avda və onun “Sahvədəki” yoldaşlarının həbsini müvəqqəti hesab etmək olar. Məhəmməd bin Salman kral elan edilib, biraz vaxt keçdikdən sonra çox güman ki, “Sahvə” din alimləri azad ediləcək. Bundan sonra da ən pis halda ölkələrindən mühacirət edəcəklər. Ümümiyyətlə, bu qədər şahzadə, məmur, ruhaniləri həbsdə çox saxlamaq mümkün görünmür. Bütün bu həbslər Məhəmməd bin Salmanın krallığına açılan yoldur. Yuxarıda qeyd edilənlərə diqqətlə nəzərə salsaq görərik ki, kral Salmanın fəaliyyətinin əvvəli ilə indiki durumu kardinal olaraq fərqlidir. Kral Salman hakimiyyətinin ilk dövrünü atası keçmiş kral Faysalın yolu ilə getməyə başladı. Ərəb və müsəlman dünyası ilə münasibətlər yenidən qurulmağa, yaxınlaşmağa başlandı. Səudiyyə Ərəbistanında “Müsəlman qardaşları” təşkilatına qadağa götürüldü. Qətər, Misir, Tunis “ixvanları”, Türkiyə “AK Partiyası” ilə yüksək səviyyədə münasibətlər quruldu.Antiamerikan bir tavır göstərildi. Və birdənbirə 180 dərəcə hər şey dəyişdirilib dostlar düşmən, düşmən də dost elan edildi. İstər-istəməz bu durum müxtəlif versiyaları ortaya çıxarır. Oğlunu hakimiyyətə gətirmək üçün kral Salman onun yolunu təmizləməkdədir, bu birmənalıdır. Antiamerikaçıdan birdən-birə amerikaçıya çevrilən kral Salman oğlu Məhəmmədi birinci vəliəhd təyin edəndən sonra korrupsiya adı altında məhz amerikaçı yüksək məmur şahzadələrin həbsi başlandı. Bu o anlama gəlir ki, Məhəmməd bin Salman ölkədə bütün gücü və əlaqələri özündə cəmləşdirmək istəyir. Yəni, Səudiyyə Ərəbistanında ABŞ və dünya ilə tək tərəfmüqabili özü olmaq istəyir. Məhamməd bin Salman kimin yolunu seçəcək , panərəbist-panislamist keçmiş kral babası Faysal bin Abduləzizin yoxsa, əvvəlki krallar amerikaçı əmilərinin? Təkcə Səudiyyə Ərəbistanı üçün deyil, bütün region üçün də bu tarixi seçim onun kral olmasından sonra tam aydın olacaq.
    Təkcə Səudiyyə Ərəbistanı üçün deyil, bütün region üçün də bu tarixi seçim onun kral olmasından sonra tam aydın olacaq. BƏƏ rəhbərliyinin anti-Türkiyə çağırışları günlərində, Türkiyə Baş naziri Binəli Yıldırım Səudiyyə Ərəbistanına səfər etdi, kral Salmanla görüşdü. Binәli Yıldırımın daha sonra vəliəhd şahzadə və müdafiə naziri Məhəmməd bin Salman ilə də görüşdü. Binəli Yıldırım Türkiyə ilə, Səudiyyə Ərəbistanını bölgənin iki açar dövləti adlandırıb. Bu yaxınlarda Məhəmməd bin Salmanın Türkiyəyə səfəri olacaq. Türkiyə-Səudiyyə Ərəbistanı münasibətlərinin gərginləşməsindən sonra iki ölkə arasında bu səviyyədə ilk görüş oldu. Türkiyə-Ərəb dünyası yaxınlaşması davam edir. Ərəb dünyasının iki açar dövləti Səudiyyə Ərəbistanı və Misirlə (əsasəndə ikinci ilə) Türkiyənin münasibətləri heç də yaxşı deyil. Yaxşı olmamasının əsas səbəbi də son illərdir ki, Misir və Səudiyyə Ərəbistanında keçirilən anti-ixvan siyasətidir. BƏƏ rəsmilərinin isə, saçma sapan çağırışları davam edir. Bu dəfə Ərəb dünyasını Türkiyəyə qarşı birləşməyə çağırıblar. BƏƏ tərəfindən növbəti dəfə, Türkiyəyə qarşı hədsizliyə gözlənildiyi kimi heç bir ərəb ölkəsindən müsbət cavab gəlmədi. Səudiyyə Ərəbistanında çox yaxın zamanlarda kral olması gözlənilən birinci vəliəhd Məhəmməd bin Salmanın gələcək siyasətindən krallığının hansı, panislamist-panərəbist yoxsa panamerikaçı yol seçimindən ölkəsinin gələcəyi müəyyən ediləcək. Səudiyyə Ərəbistanı tarix astanasındadır-panislamist və ya panamerikaçı tarix astanasında...
    Uzaq Səudiyyə Ərəbistanında (əslində o qədər də uzaq deyil) baş verənlərlə Azərbaycan niyə maraqlanmalıdır və ölkəmiz üçün bunun müsbət və mənfi nəticələri nə ola bilər ? Azərbaycan İslam dünyasının müsəlman çoğrafiyasının ayrılmaz, önəmli bir parçasıdır. Həmçinin də Azərbaycan müstəqilliyini bərpa edəndən sonra Səudiyyə Ərəbistanı dövlətimizin yaxın strateji tərəfdaş və müttəfiqinə çevrildi. Türkiyə və Pakistanla bərabər Səudiyyə Ərəbistanı da dünyada üç ölkədən biridir ki, Azərbaycan ərazilərinin bir hissəsini işğal etdiyinə görə Ermənistanla hələ də diplomatik əlaqə qurmayıb. Və belə bir tərəfdaş-müttəfiq ölkədə sabitliyin pozulması təbii ki, Azərbaycanın milli maraqlarına uyğun deyil. İslam dünyasının güclənməsi, vəhdətləşməsi, inkişafı, sabitliyi bu dünyanın bir parçası olan Azərbaycan üçün də çox önəmlidir. “Dini və milli mənsubiyyətin beynalxalq müasir dünyada heç bir etkisi qalmayıb” düşüncəsinin yalan olduğunu Azərbaycan-Ermənistan münaqişəsində görə bilərik. Bir anda təsəvvür edin bu iki ölkə arasında 1990-cı illərin əvvəlində baş verən müharibədə Azərbaycan Ermənistanın 20% yaxın ərazilərini işğal etsəydi, bu işğal 20 ildən çox davam edə bilərdi ? Heç şübhəsiz ki, davam edə bilməzdi. Xristian dünyası başda ABŞ, Avropa, Rusiya olmaqla qısa müddətdə Azərbaycanı məcbur edib Ermənistan ərazilərini azad etdirəcəkdilər. Bütün bunlardan irəli gələrək əminliklə söyləməliyik ki, İslam ölkələri liderləri olan, Türkiyə-Pakistan, Türkiyə-İran, İran-Səudiyyə Ərəbistanı, Pakistan-İran, Türkiyə-Misir, İran-Misir, Səudiyyə Ərəbistanı-Qətər münasibətlərinin müsbət durumundan bu dövlətlərin birlikdə güclənməsindən və ittifaqından region və müsəlman çoğrafiyasının gələcəyi asılıdır.
    Osmanlı dağılandan yüz il sonra nəhayət ki, Türkiyə ayağa qalxıb itirdikləri mövqeləri böyük çətinliklərlə də olsa yavaş-yavaş qaytarmaqdadır. Türkiyə-Pakistan ittifaqı, Türkiyə-İran, Türkiyə-Səudiyyə Ərəbistanı yaxınlaşması, əlaqələri müsəlman çoğrafiyasının təhlükəsizliyi, azadlığı üçün çox önəmlidir. Gələcəkdə Türkiyənin vasitəçiliyi ilə İran-Səudiyyə Ərəbistanı münasibətlərinin düzəlməsi, normallaşması, hətta şah Rza Məhəmməd və kral Faysalın vaxtındakı kimi bu iki dövlətin müttəfiqliyi region üçün çox önəmlidir. Keçmişə nəzər salsaq görərik ki, bütün bunların baş verməsi üçün müsəlman dövlətlərinin hakimiyyətlərinin siyasi iradəsi lazımdır.
    13 dekabr 2017-ci il də, İstanbulda İslam Əməkaşlıq Təşkilatının 48 ölkəsi Şərqi Qüdsü müstəqil Fələstinin paytaxtı elan etdi. İslam dünyası bu dəfə ayağa qalxmaq üçün çalxalanmaqdadır. 21-ci əsr İslama qayıdış əsri olacaq. Dünya yenidən bir-iki qütblü dünyadan çox qütblü dünya düzəninə qayıdır. Dostumun dediyi kimi, yeni düzənin yeni qaydaları və yeni oyunçuları meydana gəlir. Çalışmaq lazımdır ki, həm Azərbaycan olaraq, həm də Türk-İslam dünyası olaraq bu düzəndə layiqli yerimizi tutaq.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.