İsrail hərbiçiləri ilə toqquşmalarda 300-dən çox fələstinli yaralanıb - Yenilənib » Ağ Xəbər
  • Rus Dili
  • Reklam
    » » İsrail hərbiçiləri ilə toqquşmalarda 300-dən çox fələstinli yaralanıb - Yenilənib
    

    İsrail hərbiçiləri ilə toqquşmalarda 300-dən çox fələstinli yaralanıb - Yenilənib

    30-12-2017, 00:28
    Oxunub: 70
    Şərhlər: 0
    Çap versiyası
    İsrail hərbiçiləri ilə toqquşmalarda 300-dən çox fələstinli yaralanıb - Yenilənib

    Qəzza zolağında və İordan çayının qərb sahilində İsrail güc strukturları ilə fələstinlilər arasında baş verən toqquşmalar nəticəsində yaralananların sayı 303-ə çatıb.

    APA-nın xəbərinə görə, bu barədə RİA Novosti agentliyinə yerli tibb xidmətinin nümayəndələri bildiribş

    “Bu gün iğtişaşlarda 170 fələstinli yaralanıb, onlardan 50-si güllə yarası alıb, 5 nəfərin vəziyyəti ağır kimi qiymətləndirilir. 100-dən çox insan gözyaşardıcı qazdan zəhərlənib”, deyə Fələstin Səhiyyə nazirliyinin nümayəndəsi Əşrəf əl-Kidra bildirib.

    Qızıl Aypara Cəmiyyətindən verilən məlumatda isə bildirilib ki, gün ərzində 133 fələstinliyə tibbi yardım göstərilib.

    Bu gün İordan çayının qərb sahilində İsrail polisi ilə toqquşmalarda 176 fələstinli xəsarət alıb

    APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, yaralılardan 43-ü xəstəxanalara çatdırılıb.

    İordan çayının qərb sahilində və Qəzza zolağında “Qəzəb günü” HƏMAS və "Fəth" hərəkatlarının çağırışı ilə keçirilir.

    Etirazlara səbəb ABŞ-ın Yerusəlimi İsrailin paytaxtı kimi tanıması və səfirliyini Təl Əvivdən Yerusəlimə köçürülməsi qərarıdır. Qeyd edək ki, Qəzza zolağında və İordan çayının qərb sahilində iğtişaşlar dekabrın əvvəlindən davam edir.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.