• Rus Dili
  • Reklam
    » » AĞ Partiya Əfqan Muxtarlıya başsağlığı verdi
    

    AĞ Partiya Əfqan Muxtarlıya başsağlığı verdi

    31-12-2017, 19:51
    Oxunub: 374
    Şərhlər: 0
    Çap versiyası
    AĞ Partiya Əfqan Muxtarlıya başsağlığı verdi


    Siyasi məhbus Əfqan Muxtarlıya və onun yaxınlarına Nuranə Muxtarlı və onun övladlarının faciəvi ölümü ilə əlaqədar AĞ Partiya olaraq dərin hüznlə başsağlığı veririk. Uca ALLAHdan onlara rəhmət, yaxınlarına səbr diləyirik. AĞ partiya olaraq Azərbaycan hakimiyyətini Əfqan Muxtarlıya qarşı açılmış saxta cinayət işinə xitam verməyə və onun yaxınlarının dəfnində iştirakını təmin etməyə çağırırıq. Belə ağır gündə onun yaxınlarının yanında olması və acılarını bölüşməsi ən təbii haqqıdır. Bütün sınaqlara rəğmən əsrlərdir ki, milli mənəvi dəyərlərini qoruyaraq yaşayan və bunun nəticəsi kimi də ayaqda qalmağı bacaran xalqımızın mental xüsusiyyətlərinə uyğun olaraq, Azərbaycan hakimiyyətindən də siyasi məhbus Əfqan Muxtarlının bu çətin dönəmində pozulmuş hüququnun bərpasını gözləyirik. Heç bir məqsəd insan faciəsindən üstün tutulmamalı, xalqla dövlət arasında yaranmış uçurum qapadılmalıdır.
    Sonda uca ALLAHdan mərhumlara bir daha rəhmət diləyirik.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.