• Rus Dili
  • Reklam
    » » Keçmiş və müasir miqrasiyanın müsbət cəhədləri
    

    Keçmiş və müasir miqrasiyanın müsbət cəhədləri

    1-01-2018, 21:38
    Oxunub: 609
    Şərhlər: 0
    Çap versiyası
    Keçmiş və müasir miqrasiyanın müsbət cəhədləri
    Keçmiş və müasir miqrasiyanın müsbət cəhədləri

    Tarixi incələdikdə hər zaman bir xüsusa rast gəlirik, bu xüsus da insanların miqrasiyasıdır. Bu miqrasiyalar insanların həm iqtisadi sıxıntılardan, həm də ideoloji təqiblərdən irəli gəlirdi. Bu gün əsasən miqrasiya olunan ölkələr qeyri-müsəlman ölkələri olsa da, o zamanlar vəziyyət tam əksinə idi. İslam dininə mənsub olmayan bir çox millətlər İslam diyarlarına köçürdülər və bunun səbəbi əsasən iqtisadi durumlarıyla bağlı idi. İslam dövlətlərinin idarəçiliyi daha mülayim və ədalətli idi. Köçən qeyri-müsəlman ailələri öz vətənlərində ödədikləri vergidən daha az vergi ödəyirdilər və bu hal ilk İslam dövlətlərindən başlayaraq, Osmanlı dövründə də dəvam etdi. Bu haqda Tomas Arnold öz “Тhe Preaching of Islam” kitabında söz açaraq, deyir: “İslam idarəciliyinin bəxş etdiyi əmin-amanlıq hissi, Anadolu xristian topluluqlarının öz xilasını səlcukilərdə gördüyünə səbəb olmuşdur. Bu da öz növbəsində, VIII-ci Mixailin (1261-1282) zamanında, kiçik Asiya xristianlarının Bizans zülmündən qurtulmaq üçün, səlcukilərin himayəsi altına daxil olmasına vəsilə olmuşdur. Bundan başqa, o dövrün bir çox zəngin və fəqirləri türklərin hökmüranlıq etdiyi torpaqlara köçmələrini düşünürdülər”.

    Bu gün qeyri-müsəlman dövlətlərinə edilən miqrasiya da əsasən iqtisadi sıxıntılarla əlaqəlidir. Qərb ölkələri öz demoqrafiya problemlərini, inkişafda geridə qalan dövlətlər hesabına bərpa etmək arzusundadır. Bu səbəblə qərb ölkələri müxtəlif miqrasiya proqramları təklif etməkdədir və sirr deyildir ki, bu gün qərb ölkələrinə köç edən müsəlman əhalisi on min, bəlkədə yüz minlərcədir. Bunu da qeyd edək ki, köç edənlərin arasında siyasi və dini ideologiyalara görə köçənlər də az deyil. Qərb ölkələri də öz növbəsində bu kütlədən faydalanaraq həm demoqrafiya, həm iqtisadi və həm də intelektual sahələrdə irəliləməkdədir. Zamanında elmin beşiyi olan İslam dünyası təəsüf ki, bu gün çox geridə qalmaqdadır.

    Müsəlman ölkələrinə nəzər yetirdikdə, miqrasiya əsasən işlə əlaqədardır. Bu dövlətlər arasında Türkiyə, BƏƏ, Qətər kimi ölkələri qeyd etmək olar. Burada Türkiyəni ayrı qeyd etmək olar, çünki bu dövlətə dinini yaşamaq üçün köçənlərin sayı da az deyildir. Türkiyə digər dövlətlərlə müqayisədə miqrasiya siyasətinə görə daha rahat, aylıq xərclərə görə daha münasibdir. Əslində burada toxunmaq istədiyimiz nöqtə, Türkiyə və onun mislində digər iqtisadiyyatı nisbətən yüksək səviyyədə olan müsəlman dövlətlərinin bu miqrasiya axımından gözəl şəkildə yararlanmalarıdır.

    Bu gün müsəlman dünyasından bir çox istedadlı gənclər öz istedadlarını həyata keçirmək üçün qərb ölkələrinə üz tutur. Biz bir şeyi artıq anlamalıyıq ki, ümmətimizdən bu cür istedadlı gənclərin sızıb getməsi, İslam ümmətinin və əlaxüsus türk dünyasının gələcəyini təhlükəyə atır. Müsəlman ölkələrinin liderləri bu ortaq problemə çözüm yollarını tapmalı və bu istedadlı şəxslərə hər cür şərait yaradaraq, onları müsəlman ümməti üçün çalışmalarına yönəltməlidirlər. Buna nail olmaq üçün, dinini, millətini və vətənini sevən gənc nəsil yetişməlidir, bu da güc, təcrübə və zaman tələb edən işlərdəndir. Bu yolda bütün müsəlman dövlətləri əl-ələ verərərək hərəkətə keçməlidirlər, çünki güc və qüvvət birlikdədir!

    Uca Allah bu haqda bele buyurur:
    “Hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın!” (Ali İmran, 103).


    Yazar: Fərid Vəlibəyov Ağ Partiyanın üzvüскачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.