• Rus Dili
  • Reklam
    » » “Mənim nüvə düyməm sənin nüvə düyməndən böyükdür” – Tramp
    

    “Mənim nüvə düyməm sənin nüvə düyməndən böyükdür” – Tramp

    3-01-2018, 11:45
    Oxunub: 71
    Şərhlər: 0
    Çap versiyası
     “Mənim nüvə düyməm sənin nüvə düyməndən böyükdür” – Tramp


    ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inın “nüvə düyməsi” ilə bağlı bəyanatına cavab verib.

    Bu barədə RİA “Novosti” məlumat yayıb.

    “Şimali Koreya lideri bəyan edib ki, onun “nüvə düyməsi” daima masasının üzərindədir. Acından ölən, zəifləmiş rejimindən kimsə, zəhmət olmasa, ona məlumat versin ki, mənim də “nüvə düyməm” var və onunkundan daha böyük və daha qüdrətlidir. Və o işləyir!”, – deyə, D.Tramp özünün Twitter hesabında yazıb.

    Qeyd edək ki, Yeni il bayramı ilə əlaqədar xalqı qarşısında çıxış edən Şimali Koreya lideri bəyan edib ki, nüvə raketlərini işə salacaq düyməni hazır saxlayıb. O bildirib ki, ABŞ onun ölkəsini təhdid edəcəyi halda, o masasının üzərində olan “nüvə düyməsini” basa bilər.

    Report
    скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.