• Rus Dili
  • Reklam
    » » “Amerikanın ədalət anlayışı budursa, o zaman dünya yandı” – Ərdoğan
    

    “Amerikanın ədalət anlayışı budursa, o zaman dünya yandı” – Ərdoğan

    5-01-2018, 12:20
    Oxunub: 243
    Şərhlər: 0
    Çap versiyası
     “Amerikanın ədalət anlayışı budursa, o zaman dünya yandı” – Ərdoğan


    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-da mühakimə olunan “Halkbank”ın müdiri Hakan Atillanın jüri məhkəməsi tərəfindən təqsirkar kimi tanınmaısna münasibət bildirib.

    Avropa.info xəbər verir ki, Ərdoğan bu məhkəmə işindən sonra ABŞ dünyaya ədalət dərsi verməməmyə çağırıb.

    “Amerika hal-hazırda çox ciddi tələlər zəncirindən ibarət proses aparır. Sadəcə hüquqi sahədə deyil, iqtisadi sahədə də qurulan tələlər var. Bütün tərəfləri özünə görə yola gətirməyə cəhd edir. 6 dəfə Amerikaya gedən Hakan Atilla maneə ilə üzləşmir, lakin 7-ci girişində həbs olunur. 6 işin heç birində “çirkli pullar”ın yuyulması yoxdur deyirlər, digər işləri doyası yolla “çirkli pullar”ın yuyulmasına gətirib çıxarırlar. “Halkbank”ın da bu işlə uzaqdan-yaxından əlaqəsi yoxdur. Zərrab işi ilə birləşdirərək nəticə əldə etdilər. Çox daha eybəcər olan hal isə bu məhkəmə işlərində prosesin çox fərqli şəkildə cərəyan etməsidir. Amerikanın ədalət anlayışı budursa, o zaman dünya yandı. Amerika ədalət anlayışına yenidən baxmalıdır. Ondan sonra durub dünyaya ədalət dərsi verməyə cəhd etməsinlər” – Ərdoğan belə deyib.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.