• Rus Dili
  • Reklam
    » » Haqq və ədalət anlayışı haqqında
    

    Haqq və ədalət anlayışı haqqında

    6-01-2018, 23:12
    Oxunub: 407
    Şərhlər: 0
    Çap versiyası
    Haqq və ədalət anlayışı haqqında
    Bu risaləni salehlərin bir sözüylə başlamaq istərdim:
    Allah, imansız, lakin ədalətli dövlətə yardımını əsirgəməz, imanlı, lakin ədalətsiz dövləti yardımsız qoyar”.

    Haqq və ədalət hər bir dövlətin arxalanacağı bir təməl dəyərlərdəndir. Allahın peyğəmbərləri bu dəyərə hər zamanlar böyük bir yer ayırmışlar. Təbii ki, İslam dinində də bu xüsusun çox böyük yeri vardır. İslamın qurduğu ilk dövlət də iman və ədalət üzərində qurulmuşdur və bu dövlətdə iqtidar dəyişsə belə, haqq və ədalət anlayışı hər zaman dövlət və idarəçilər tərəfindən qorunmağa çalışılmışdır.
    Burada, həzrəti Əbu Bəkrin islam ordusuna verdiyi tövsiyəsini qeyd etmək yerinə düşərdi, o belə demişdir: “Haqq yolundan azmayın və zülm etməyin; qadın, uşaq və qocaları öldürməyin; xurma ağaclarını və digər bar verən bitkiləri tələf etməyin; dəvə və digər otarılan heyvanları yox etməyin; bu dünyanı tərk edib, özlərini axirət dünyasına həsr etmişlərə toxunmayın; sizə insanlar gələrək müxtəlif şeylər təklif edəcəklər, yeyin və için, yalnız Allahın adını zikr etməyi unutmayın”. Əslində bu böyük iman sahibi sahabinin bu söylədikləri, bu gün İslam düşmənliyi edən insanlara bir dəlil kimi kifayətdir, lakin Allah dilədiyini hidayət yoluna yönəldir, sapmaq istəyəni də saptırır! Təbii ki, bu cür dəyərlərə sahib olan bir din, hər hansı bir zülm və ədalətsizlikdən uzaqdır.
    Əsrlər sonra İslam bayrağını uca tutan Osmanlı dövləti haqqında, İslam haqqında bir çox əsərin müəllifi olan Andre Migel belə yazır: “Xristian əhalisi, Bizans və latın dövlətləri himayəsində olduqda görmədikləri, məharətli idarəçilik altındaidilər. Onlar haqsızlıqlara və sistematik işgəncələrə məruz qalmırdılar. Əksinə, İstanbu işgəncələrə məruz qalan bir çox ispan yahudiləri üçün bir sığınacaq olmuşdur”.

    Osmanlıdan öncəki İslam dövlətlərində belə, qeyri müsəlman əhalinin haqları qorunurdu. Bu haqda Corctaun (ABŞ) universitetinin din və beynalxalq əlaqələr kafedrasının professoru Con Esposito belə yazır: “Bizans və Fars dövlətlərində yaşayan qeyri müsəlman əhali üçün İslam idarəçiliyi sadəcə bir iqtidar dəyişikliyi idi, çünki onlar zatən xaricilərin idarəçiliyi altında idilər. Amma nəticə etibarı ilə, müsəlman idarəçilər daha rəhimli, tolerant və səbirli idilər. Bu toplumun əksər hissəsi sərbəst idi və daha az vergi ödəyirdilər. Beləliklə biz, İslamın, yahudi və xristianların dini haqlarının sərbəstliyini qoruyan daha şəfqətli bir din olduğunun şahidi oluruq”. Qərb alimlərinin bu cür etiraflarını ələ alaraq, biz İslam idarəçiliyinin hər zaman insanların haqlarını qoruduğunu anlayırıq. Bu gün dünyada baş verən bir çox savaş və böhranlar məhz müsəlman dövlətlərinin bu xüsusiyyətlərini itirdiklərindən irəli gəlməkdədir. Buna misal, artıq on illərdi davam edən Fələstin və Qüds böhranı. Bu böhran Osmanlı xanədanının çoküşünün nəticəsidir. Ümumiyyətlə İslam dövlətinin siyasi arenadan getməsi dünyanın bir çox yerlərində böyük sıxıntılara səbəb olmuşdur.
    Bir çox dövlətlər bölünmüş və dünya xəritəsinə yeni dövlətlər cızılmışdır: 1920-ci ildə Livan və Suriya, 1932 ildə Səudiyyə Ərəbistanı və İraq, 1947-ci ildə Pakistan və digər müsəlman dövlətləri yaradıldı. Bu planın tələsik şəkildə həyata keçirilməsi Suriya, Yəmən, İraq, Misir kimi dövlətlərin eyni tipli və rəngli bayraqlarından anlaşılmaqdadır.

    Sonuç olaraq bir şey anlaşılır, İslam dini və bu dinin əsasında yaradılan dövlətlər himayə altına aldıqları əraziləri parçalama və millətləri bir-birinə düşmən etmə siyasəti yürütməmişlər. Bu dövlətlərin əsas qayəsi insanları cahilliyin zülmətindən çıxarıb, tövhid dininin nuruna yönəltmək idi, himayə altında olan əhali arasında haqq, ədalət və firavanlığın qorunması, dünya miqyasında isə zülmün aradan qalxması və əmin-amanlığın təmin edilməsi idi. İslam dövlətlərinin siyasi arenadan getməsiylə bu dəyərlər zəyiflədi və bunun acısını ən çox çəkənlər də müsəlmanlar oldu.

    Bütün bunları analizdən keçirən qərb ölkələri, bu gün bir çox sahədə haqq və ədaləti qorunub saxlanılmasına nail ola bilmişlər. Lakin bu haqq və ədalət ən çox öz dövlətləri daxilində qorunur. İslam dövlətlərindən fərqli olaraq qərb ölkələri digər dövlətləri vassal halına gətirmiş və həm dövlətlərin sərvətlərini talan etməkdə, həm də ölkə əhalisini, onların fəqirliyindən istifadə edərək müxtəlif kredit növləriylə özlərindən asılı vəziyyətə gətirməkdədir. Bu strategiya hətta Avropa birliyi dövlətlərində belə görünməkdədir. Məsələn, 1987-ci ildə İtalya dünyanın 5-ci, 1991-ci ildə isə 4-cü iqtisadiyyatı səviyyəsinə yüksələrək İngiltərə və Fransanı belə geridə qoymuşdu. 1993-ildə Avropa birlyi qurulduqdan sonra, 2000-ci illərdən başlayaraq İtalyanın iqtisadiyyatı geriləməyə başladı. 2008-ci ildə işsizlik səviyyəsi 6,8% -dən, 2015-ci ildə 12,2% yüksəldi. Yunanıstan, İspanya, Portuqaliya kimi dövlətlərin göstəriciləri isə daha da acınacaqlıdır. Bu göstəricilər Avropa birliyinin sadəcə bir neçə dövlət üçün qurulduğuna dəlalət edir.
    Haqq və ədalət Uca Yaradandan nazil olub yenə Ona dönər. Ədalətin ən yüksək məqamı yalnız Allaha ibadət etmək, sonra isə insanlar arasında haqqı və ədaləti təmin etməkdir. Hər bir keyfiyyətində kamil olan Uca Allahın nazil etdiyi haqq və ədalət anlayışıda kamildir, bizim üzərimizə düşəni isə bu anlayışı insanlar arasında yaymaqdır!


    Yazar: Fərid Vəlibəyovскачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.