• Rus Dili
  • Reklam
    » » “Afrini bir həftə ərzində dağıdarıq!” – Ərdoğandan ABŞ-a sərt mesaj
    

    “Afrini bir həftə ərzində dağıdarıq!” – Ərdoğandan ABŞ-a sərt mesaj

    14-01-2018, 16:00
    Oxunub: 82
    Şərhlər: 0
    Çap versiyası
     “Afrini bir həftə ərzində dağıdarıq!” – Ərdoğandan ABŞ-a sərt mesaj


    Türkiyə prezidenti Ərdoğan ABŞ-ın Suriyada PYD ilə qurduğu ittifaqı sərt tənqid edərək, “ilanla yatağa girən nəticəsinə də razı olar” deyib.

    Avropa.info xəbər verir ki, Ərdoğan ölkəsinin Afrini bir gündə dağıda biləcəyini deyib.

    “Biz terror təşkilatını ölkəmizdə terror aktı törədə bilməyəcək hala gətirdik. “Fərat Qalxanı” əməliyyatı ilə terror koridorunu ortadan bıçaqla kəsər kimi kəsib atdıq. Bir gecə gözlənilmədən vurduq. İdlib əməliyyatı ilə bu koridorun qərb qanadını çökdürürük. Afrindəki terrorçular təslim olmazsa, oranı da başlarına yıxacağıq. Mənbicdə bizə verdikləri sözləri tutmazlarsa, öz göbəyimizi özümüz kəsəcəyik. Bircə terrorist qalmayanadək mübarizəmizi davam etdirəcəyik.

    Ordu qurduqlarını zənn edən quldurların silah sandıqlarını bir həftədə necə darmadağın edəcəyimizi görəcəklər. Dünən Cərablusdan Əl-Baba qədər 3 min İŞİD-çini məhv etmişdik, sabah lazımdırsa 3 min terrorçunu da məhv edərik.

    ABŞ özünü aldadıb ilan quyusuna atmaqda bu qədər inad edirsə özü bilir, biz öz yolumuzu gedərik.

    Terrorçuya uniforma geydirdikdə, sığındığı binanın təpəsinə öz ölkənizin bayrağını asdıqda həqiqətlər dəyişmir. Regiona gətirilən minlərlə TIR və təyyarə solu silahın bir qismi indidən “qara bazarda” satılmağa, digər hissəsi biz qarşı istifadə olunmağa başlanıldı”.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.