Suriya XİN Türkiyənin Afrindəki hərbi əməliyyatını pisləyib » Ağ Xəbər
  • Rus Dili
  • Reklam
    » » Suriya XİN Türkiyənin Afrindəki hərbi əməliyyatını pisləyib
    

    Suriya XİN Türkiyənin Afrindəki hərbi əməliyyatını pisləyib

    21-01-2018, 11:00
    Oxunub: 91
    Şərhlər: 0
    Çap versiyası
    Suriya XİN Türkiyənin Afrindəki hərbi əməliyyatını pisləyib“Suriya Ərəb Respublikası ölkənin ayrılmaz hissəsi olan Afrin bölgəsinə qarşı Türkiyənin qəddar təcavüzünü qəti şəkildə pisləyir və onun dərhal dayandırılması üçün beynəlxalq ictimaiyyəti lazımi tədbirlər görməyə çağırır”.

    APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Suriya XİN-in bəyanatında bildirilir.

    Qeyd edək ki, Türkiyə ordusu ötən gün Bakı vaxtı ilə saat 18.00-da Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı "Zeytun budağı" əməliyyatına başlayıb.

    Əməliyyat çərçivəsində Türkiyə Hərbi-Hava Qüvvələrinə məxsus 72 təyyarə Afrin bölgəsində nəzərdə tutulmuş 113 hədəfdən 108-ni vurub.

    Türkiyənin baş naziri Binəli Yıldırım Afrində quru əməliyyatının yanvarın 21-də başlaya biləcəyini bəyan edib.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.