• Rus Dili
  • Reklam
    » » “Türk ordusu Afrin əməliyyatında NATO göstəricilərindən də yuxarı nəticə sərgiləyib” MÜSAHİBƏ
    

    “Türk ordusu Afrin əməliyyatında NATO göstəricilərindən də yuxarı nəticə sərgiləyib” MÜSAHİBƏ

    22-01-2018, 17:50
    Oxunub: 235
    Şərhlər: 0
    Çap versiyası
    “Türk ordusu Afrin əməliyyatında NATO göstəricilərindən də yuxarı nəticə sərgiləyib” MÜSAHİBƏ


    Türkiyənin Suriyada həyata keçirdiyi əməliyyatlar bütün dünyanın diqqət mərkəzindədir. Moderator.az olaraq bu əməliyyatlar və onun fonunda baş verən diplomatik gedişlərlə bağlı fikirlərini öyrənmək üçün Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin rəhbəri, politoloq Natiq Miriyə müraciət etdik.

    -Natiq bəy, Türkiyənin Suriya ərazisində həyata keçirdiyi hərbi əməliyyatlar böyük uğurla davam etməkdədir. Maraqlıdır, bu əməliyyatların gedişində türk ordusunun mənfi mənada hər hansı sürprizlə üzləşməsi mümkündürmü?

    -Təbii ki, belə bi ehtimal var və heç nə birmənalı şəkildə istisna oluna bilməz. Ancaq əminliklə bildirirəm ki, Türkiyənin “Zeytun budağı” hərbi əməliyyatı ilə dünyaya nümayiş etdirdiyi güc nisbəti və yüksək planlaşdırılan hücum əməliyyatı bütün dünya gücləri üçün çəkindirici amil olacaq. Buna kimsənin şübhəsi olmasın.

    -Həyata keçirilən əməliyyatları hərbi nöqteyi-nəzərdən necə qiymətləndirirsiniz? Bu əməliyyatlar türk ordusu və onun zərbə gücü haqqında nə deyir?

    -Dünya çapında heç vaxt kiçik bir ərazidə 72 qırıcı təyyarənin eyni anda hərbi əməliyyatda iştirakı görünməyib. 72 təyyarənin qısa zaman ərzində 100%-lik hədəfi 96%-lik dəqiqliklə məhv etməsi ən yüksək göstərici və standartlardan da yuxarıdadır. Bu, hətta NATO standartlarından da yuxarıda olan bir nəticəir. Bunu görən dünya gücləri, eləcə də ABŞ Türkiyə ilə qarşı-qarşıya gəlmək istəməz.

    -Bu əməliyyatlar üçün xarakterik olan əlamətlərdən biri də Türkiyə istehsalı olan silah-sursatdan geniş istifadə oldu.

    -Bəli. Türkiyə bu hücumu yalnız xaricdən aldğı silahlarla deyil, yerli silah-sursatlarla həyat keçirdi. Hətta təyyarələrdə belə yerli idarəetmə sistemi və hərbi avadanlıqdan istifadə olundu. Bununla da Türkiyə bütün dünyaya göstərdi ki, özünün istehsal etdiyi silah-sursatla dünyada görünməyən böyük güc və qeyri-adi əməliyyat ortaya qoya bilər.

    Türkiyə ildırım sürətlə hücumla PKK terrorçularına ciddi zərbə vurdu və onları böyük ölçüdə zərərsizləşdirdi. Artıq ikinci gün ərzində 69 kəndə girilməsi, 11 kəndin zərərsizləşdirilməsi göstərdi ki, Türkiyə ordusu dünya çapında öndə olacaq ordulardan biridir.

    -Sizcə Suriyada maraqları olan hər hansı bir dünya gücünün indiki mərhələdən sonra proseslərə müdaxilə etməsi, Türkiyənin hərbi əməliyyatlarına yön verməsi və ya bu əməliyyatların genişlənməsini əngəlləməsi mümkündürmü?

    -Hesab edirəm ki, Suriyda geosiyasi maraqları olan heç bir güc Türkiyəyə qarşı çıxmaq cəsarəti göstərməyəcək. Istər NATO üzvü olan ölkələr, istərsə də Suriyada geosiyasi maraqları olan İran və Rusiya kimi ölkələr Türkiyə ilə qarşı-qarşıya gəlmək cəsarətində olmayacaqlar.

    -Sizcə Türkiyə Afrin əməliyyatlarına diplomatik müstəvidə də yetərincə hazırlanıbmı?

    -Türkiyə yalnız hərbi müstvidə deyil, diplomatik müstəvidə də uğurlar əldə etdi. Afrin əməliyyatı öncəsi Türkiyənin Baş qərargah rəisi Rusiyaya səfər etdi. Bu gün PKK-YPG terrorçuları Rusiyanın məhz kürdlərinə xəyanətdə ittiham etdi. Ayrıca, Əsəd rejiminin Afrin əməliyyatından öncə PKK-ya dəstək verəcəyi ilə bağlı vədinə rəğmən bu köməyin olmadığını da vurğuladılar. Əsəd rejiminin PKK-ya dəstək verməməsinin əsas səbəbkarı da məhz Rusiyadır. Rusiyanın bu prosesə bu şəkildə qoşulması Türkiyənin diplomatik gücünü ortaya qoyan bir məsələdir.

    Türkiyə Afrin əməliyyatın başlamadan öncə hərbi güc və kəşfiyayt işi ilə paralel olaraq diplomatik gücünü də ortaya qoymuş oldu. Bununla da bütün bu prosesdə maraqları olan bütün dünya güclərini demək olar ki, neytrallaşdırılmış oldu.

    Türkiyə bu qətiyyətlə Afrin əməliyytlarını sona qədər həyata keçirəcək.

    -Türkiyənin terrorçulardan təmizlədiyi ərazilərdən hansı məqsədlə istifadə ediləcək?

    -Bu əməliyyatlar 130 km enində, 30 km dərinliyinə hesablanıb. Əməliyyat nəticsində 10 000 kv.km-lik ərazi demək olar ki, təhlükəsizlik bölgəsi elan ediləcək. Türkiyədə yaşayan milyonlarla suriyalı bu ərazilərə köşürüləcək.

    -BMT-nin TŞ-nin yaxın günlərdə Suriyadakı olaylarla bağlı toplantısının keçirilməsi gözlənilir. Sizcə bu toplantıda Türkiyə əleyhinə hər hansı qətnamənin çıxması mümkündürmü?

    -Bildiyiniz kimi, bu toplantı Fransanın çağırışı ilə reallaşacaq. Ancaq burada Türkiyənin lehinə ciddi bir qtnamənin çıxacağını güman etmirəm. Əgər ortada belə bir qətnamə olsa belə, Rusiya “veto” hüququndan istifadə edərək qərarın qəbuluna əngəl olacaq.
    скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.