Türkiyə mühasirəyə alınacaq və... - ABŞ-ın təklifi arxasındakı DƏHŞƏTLİ PLAN » Ağ Xəbər
  • Rus Dili
  • Reklam
    » » Türkiyə mühasirəyə alınacaq və... - ABŞ-ın təklifi arxasındakı DƏHŞƏTLİ PLAN
    

    Türkiyə mühasirəyə alınacaq və... - ABŞ-ın təklifi arxasındakı DƏHŞƏTLİ PLAN

    27-01-2018, 17:30
    Oxunub: 93
    Şərhlər: 0
    Çap versiyası
    Türkiyə mühasirəyə alınacaq və... - ABŞ-ın təklifi arxasındakı DƏHŞƏTLİ PLAN


    ABŞ-ın dövlət katibi Reks Tillersonun “təhlükəsiz zona”nın yaradılması və Suriyada 30 kilometr dərinlikdə təhlükəsizlik xəttinin qurulması barədə Türkiyəyə etdiyi təkliflərin arxasında çirkin məqsədlər dayanır.

    Publika.az “Star” nəşrinə nəşrinə istinadən xəbər verir ki, ekspertlərin sözlərinə görə, məqsəd Aralıq dənizinə çatdırılması planlaşdırılan “PKK/PYD dəhlizi” və “PKK/YPG sərhəd birliyi” layihələrindən Ankaranın diqqətini yayındırmaqdır.

    Qeyd edək ki, ABŞ-ın dövlət katibi yanvarın 23-də Türkiyənin Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu ilə Paris görüşündə Suriyada 30 kilometr dərinlikdə təhlükəsizlik xəttinin qurulmasını təklif edib. Reks Tillerson həmçinin “təhlükəsiz zonanın yaradılması üçün Türkiyə ilə birlikdə çalışa bilərik” şəklində bəyanat verib.

    Türkiyə mühasirəyə alınacaq və... - ABŞ-ın təklifi arxasındakı DƏHŞƏTLİ PLAN


    Ərdoğan 2013-cü ilin may ayında baş nazir postunda olarkən ABŞ-a səfər etmiş və Suriyada uçuşa qadağan bölgənin elan edilməsini təklif etmişdi.

    Ərdoğan həmçinin, evlərini tərk etmək məcburiyyətində qalan vətəndaşlar üçün təhlükəsiz bölgənin yaradılması və koalisiya gücləri ilə ortaq quru əməliyyatın həyata keçirilməsini nəzərdə tutan 3 mərhələli planı təqdim etmişdi. Lakin plan dövrün ABŞ prezidenti Barak Obama tərəfindən qəbul olunmamışdı.

    Beləliklə, Suriyada “təhlükəsiz zona”nın yaradılmasını təklifi edən ABŞ Türkiyənin 5 il əvvəlki mövqeyinə qayıtmış oldu.

    Hərbi və diplomatik mənbələr “Zeytun budağı” əməliyyatının hədəfində olan Münbiçin hamısının, Afrinin isə böyük hissəsinin 30 kilometrlik xəttin kənarında qaldığını bildirirlər. Onların sözlərinə görə, Vaşinqtonun təklifi həyata keçirilərsə, Türkiyə təhlükəsizlik dəhlizinə həbs ediləcək, Aralıq dənizinə çatdırılması planlaşdırılan “PKK dəhlizi”nin önü açılacaq və “PKK ordusu”nun qurulması üçün ABŞ-a zaman qazandıracaq.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.