• Rus Dili
  • Reklam
    » » “Əsəd kimi 1 milyon vətəndaşını qətlə yetirən qatillə bir araya gələk deyən zavallılar var” – Ərdoğandan Şərqi Quta çağırışı
    

    “Əsəd kimi 1 milyon vətəndaşını qətlə yetirən qatillə bir araya gələk deyən zavallılar var” – Ərdoğandan Şərqi Quta çağırışı

    24-02-2018, 20:56
    Oxunub: 123
    Şərhlər: 0
    Çap versiyası
    “Əsəd kimi 1 milyon vətəndaşını qətlə yetirən qatillə bir araya gələk deyən zavallılar var” – Ərdoğandan Şərqi Quta çağırışı


    “Qonşumuz Suriyada bütün dünyanın gözü qarşısında 1 milyon qardaşımız dövlət terrorunun qurbanı oldu. Hələ də “Əsədlə bir araya gələk” deyən zavallılar var. 1 milyon vətəndaşını qətlə yetirən belə bir qatillə siz necə bir araya gələ bilərsiniz, nəyi həll edə bilərsiniz?”

    Avropa.info xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Osmaniyyə şəhərində xalq qarşısında çıxış edərkən deyib. Ərdoğan son günlər Suriyanın Şərqi Quta bölgəsində baş verən qətliama da münasibət bildirib.

    “Günlərdir Şərq Qutada davam edən vəhşiliyə ciddi reaksiya göstərən bir ölkə gördünüzmü, eşitdinizmi? “Dinc, mülki vətəndaş” deyirlər. Bəs, Şərq Qutada öldürülənlər nədir, əsgərlərdimi?

    Deyirlər ki, “kimyəvi silahdan istifadə edənlərə cavab verək”. Kimyəvi silahda istifadə edərkən 1000-1500 nəfər ölür., Bəs, adi silah istifadə etməyi bir kənara niyə atırsınız? Bu bir milyon adi silahlarla qətlə yetirilib, bombalarla öldürülüb, tanklarla, toplarla öldürülüb.Əhəmiyyətli olan səbəb deyil, nəticədir. Sən nəticəyə bax. Adi silahla öldürüldüyü zaman qanunidirmi. Belə azğınlıq olarmı?

    Bu həqiqətə hər gün yenidən şahidi oluruq, eynilə bir əsr əvvəl olduğu kimi bölgəmiz yenidən müəyyən qüvvələrin mənafe davasına qurban edilmək istənilir. Neft qoxusu almış imperialistlər məkanımızın sərhədlərini qan və yenidən göz yaşlarına boğmaq istəyir. Ancaq bu qanlı planlarının qarşısında ən böyük maneə yüz il əvvəl olduğu kimi yenə də Türkiyədir”- Türkiyə prezidenti belə deyib.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.