• Rus Dili
  • Reklam
    » » Türk ordusu Afrin əməliyyatında dünyaya yüksək peşəkarlıq və əxlaq nümunəsi göstərir
    

    Türk ordusu Afrin əməliyyatında dünyaya yüksək peşəkarlıq və əxlaq nümunəsi göstərir

    14-03-2018, 22:59
    Oxunub: 978
    Şərhlər: 0
    Çap versiyası
    Türk ordusu Afrin əməliyyatında dünyaya yüksək peşəkarlıq və əxlaq nümunəsi göstərir
    Afrinin mərkəzinə bir kilometr qalıb. Hardasa sabah-axşama Afrin düşür, düşəcək,terrorsitlərdən təmizlənəcək. Zatən buna lap əvvəldə də şübhəmiz yox idi. Bəzi "ağıllılar" başlayıblar yazmağa ki, "balaca bir bölgəni Türkiyə ordusu iki aydı tuta bilmir və bu da onlara görə Türkiyə ordusunun zəifliyinin göstəricisidir". Bəli, Afrin bölgəsi Quba rayonu miqyasında bir yerdir və məlumatı olmayanlar üçün doğurdanda sual yarana bilər ki, niyə Quba rayonu miqyasında olan bir ərazini türk ordusu iki aydır tuta bilmir? Türk ordusu Afrin bölgəsini uzağı üç günə tutardı. Bunun üçün həmin bölgədə xalça bombalanmasının aparılmasıı kifayət idi. Lakin kimlərsə görünür türk ordusunu, amerikan və ya rus orduları ilə səhv salır.

    Türk ordusu Afrin əməliyyatında bütün dünyaya yüksək peşəkarlıqla yanaşı dərin əxlaq nümunəsi göstərdi və göstərir. İki aydır Afrin bölgəsində hərbi əməliyyatlar gedir və bir nəfər belə dinc sakin öldürülməyib! Bu cür yüksək əxlaq, dərin mənəviyyat nümunəsini ancaq Türk-İslam ordusu göstərə bilərdi və göstərdi də! Osmanlı da, belə idi...

    Bax buna görə Afrin bölgəsində hərbi əməliyyat iki ay davam etdi. Siz bir baxın, Suriyada amerikalılar, ruslar, farsların da götürdüyü şəhərlərin, kəndlərin dağılmış, bərbad vəziyyətinə, türklərin də terrorçulardan azad etdiyi şəhər və qəsəbələrin vəziyyətinə-binalar, evlər, küçələr olduğu vəziyyətdə yerlərindədir. Pkkçılara istinadən Qərb, rus mediaları yalandan bar bar bağırırlar, guya Afrində sivillər qətl edilir amma bir nəfər sivilin ölüm şəkili ya videosunu təqdim edə bilmirlər, çünki əllərində belə bir fakt yoxdur. Əks halda, çoxdan bu faktı türk düşmənləri (o cümlədən Azərbaycanda da) gözümüzə soxmuşdular.

    Türkiyə ordusunun Afrin bölgəsində hərbi əməliyyatının iki ay getməsini bu ordunun guya zəifliyi kimi göstərənlərin nəzərinə, dünyanın bir nömrəli ordusuna malik olan ABŞ, Əfqanıstanda 20 ilə yaxındır Taliban hərbi qruplaşmasına qarşı hərbi əməlyyat aparır, nəticədə terrorçu saydıqları Talibanla danışıqlara gedirlər. Bu məntiqlə sevimli amerikan ordunuz da çox zəifdir :).

    Neçə gündür davam edən Britaniya-Rusiya agent skandalı böyüməkdədir, lakin bir çoxlarının gözlədiyi kimi Böyük Britaniya Rusiya ilə diplomatik əlaqələrini pozmayacaq. Çünki bu Britaniya milli maraqlarına cavab vermir. Bu haqda baş nazir Teresa Mey ğzü bildirdi. Bilmirəm daha Putin nə etməlidir ki, Qərb ona qarşı soyuq müharibəyə başlasın.

    Güclü SSRİ uzaq Əfqanistana qoşunlarını yeridəndə kapitalist ölkələr Moskvada keçirilən Yay Olimpiya oyunlarında iştirak etməkdən imtina etdilər. SSRİ üçün Qərbin bu demarşı xoşagəlməz olsa da sarsıdıcı olmadı. 4 ildən sonra SSRİ də sosialist ölkələri Los-Ancelesdə keçirilən Olimpiada da iştirak etməməyə məcbur etdi. Son illərdə daha zəif Rusiya, Gürcüstana, Ukraynaya, Suriyaya qoşun yeritdi, lakin Qərb ölkələri bu yay Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatından imtina etmədilər. Halbu ki, imtina etsəydilər bu Putin rejiminə böyük zərbə olardı. Nə vaxta qədər ki, Qərb liderləri Rusiyaya bu cür böyük zərbələri vurmağa çəkinəcəklər, o vaxta qədər Putin dünya siyasətində özünü Leninqrad "xuliqanı", Piter "bratvası" kimi aparacaq.

    AĞ Partiya başqanının birinci müavini, politoloq Əhəd Məmmədli.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.