• Rus Dili
  • Reklam
    » » Qazimiz Binəli Yıldırıma heyrətamiz xatirə danışdı – Video
    

    Qazimiz Binəli Yıldırıma heyrətamiz xatirə danışdı – Video

    16-03-2018, 14:00
    Oxunub: 368
    Şərhlər: 0
    Çap versiyası
    Qazimiz Binəli Yıldırıma heyrətamiz xatirə danışdı – Video


    Vətən uğrunda gözünü və bir ayağını itirən gənc Qarabağ qazisi Kamil Musəvi Bakıda Türkiyənin Baş naziri Binəli Yıldırımla görüşüb.

    Axar.az xəbər verir ki, ziyarət zamanı Musəvi Binəli Yıldırımı Bakıda görməyindən məmnunluğunu dilə gətirib.

    Binəli Yıldırım isə öz növbəsində gözünü və bir ayağını itirən Qarabağ qazisinə mübarizə əzmindən, davasından heç bir şey itirmədiyini bildirib.

    Gözsüz və ayaqsız yaşamağın mümkün olduğunu, lakin vətənsiz yaşamağın bir anlamı olmadığını bildirən Musəviyə Yıldırım “Bu sevgi olduqca bizə heç kim zərər verə bilməz” cavabını verib.

    Qarabağ qazisi bu zaman Afrinə getmək istəyini qardaş ölkənin baş nazirinə çatdırıb. Nazir isə öz növbəsində qazimizin qardaşlarının Afrində dastan yazdığını bildirərək, “İnşəallah, bir gün Qarabağ da təmizlənər, narahat olma” deyib.

    Daha sonra Qarabağ qazisi Kamil Musəvi Binəli Yıldırıma Çanaqqala döyüşündə türk və fransız əsgərlər arasında baş verən bir hadisəni xatırladıb:

    “Türk əsgəri paltarını cıraraq fransız əsgərin yarasını sarıyır. “Mən onun cibində bir qadın rəsmi gördüm” deyir. Bu qadının onun anası olduğunu düşünür. “Yəqin ki, anası onu gözləyir. Onun gözləyəni var, ancaq məni heç kim gözləmir. Ona görə də ona kömək etdim” deyir. Bu hadisəni eşidən fransız generalı “Mən belə bir şeyi nə görmüşdüm, nə də eşitmişdim” deyərək türk əsgərinin igidliyinə reaksiya verir”, – Musəvi bildirib.

    Görüşün sonunda Binəli Yıldırım Kamil Musəviyə Türkiyə-Azərbaycan bayraqlarından ibarət plakat və təsbehini hədiyyə edib.

    скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.