• Rus Dili
  • Reklam
    » » BP: “TANAP layihəsinin tikintisi uğurla davam etdirilir”
    

    BP: “TANAP layihəsinin tikintisi uğurla davam etdirilir”

    18-02-2016, 13:13
    Oxunub: 539
    Şərhlər: 0
    Çap versiyası
    BP: “TANAP layihəsinin tikintisi uğurla davam etdirilir”

    Trans-Anadolu qaz boru kəməri - TANAP-ın tikintisi uğurla davam etdirilir. Cənubi Qafqaz Boru Kəməri və TAP boru kəmərinə birləşərək TANAP-ın uzunluğu, 19 kilometri Mərmərə dənizindən keçməklə, ümumilikdə 1850 kilometr olacaq.

    Xəzər dənizindən hasil edilən qazı Avropaya çatdıracaq layihə üzrə işlər sürətlə irəliləyir. TANAP “Cənub qaz dəhlizi”nin ən uzun hissəsini təşkil edir. BP-nin məlumatında belə deyilir. Cənubi Qafqaz Boru Kəməri və TAP boru kəmərinə birləşərək TANAP-ın uzunluğu, 19 kilometri Mərmərə dənizindən keçməklə, ümumilikdə 1850 kilometr olacaq. Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı nəql edəcək TANAP Türkiyənin Gürcüstanla sərhədindəki Ardahan vilayətinin Posof mahalından başlayaraq 21 vilayətdən keçəcək və Türkiyənin Yunanıstanla sərhədindəki Ədirnə vilayətinin İpsala qəsəbəsinədək uzanacaq. Boru kəmərinin 2018-ci ildə istismara verilməsi planlaşdırılır. TANAP-la Avropaya 10 milyard, Türkiyəyə isə 6 milyard kubmetr Azərbaycan qazının nəqli nəzərdə tutulur. İlkin ötürücülük qabiliyyəti ildə 16 milyard kubmetr olacaq kəmərin bu tutumunun 2023-cü ildə 23 milyard kubmetrə və 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılması nəzərdə tutulur. TANAP Cənubi Qafqaz Boru Kəmərindən alacağı təbii qazı 2020-ci ilin əvvəlindən etibarən TAP boru kəmərinə qoşularaq Yunanıstan, Albaniya və İtaliyadan keçməklə Avropaya çatdıracaq.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.