• Rus Dili
  • Reklam
    » » Əhəd Məmmədli : Sonra gec olmasın...
    

    Əhəd Məmmədli : Sonra gec olmasın...

    28-04-2018, 15:55
    Oxunub: 74
    Şərhlər: 0
    Çap versiyası
    Əhəd Məmmədli : Sonra gec olmasın...

    “Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri Əhəd Məmmədli : “Fakt budur ki, Qərb Rusiyanın ən yaxın müttəfiqi Ermənistanda belə, Rusiyaya qalib gəlməsə də, ona önəmli zərbə endirərək inqilabın baş verməsində dolayısilə iştirak etdi. Nə vaxta qədər müasir dünya var, o vaxta qədər küçə etirazları önəmini itirməyəcək. Var Ağ inqilab, yəni yuxarılardan dəyişikliklər, var saraydaxili çevriliş, var hərbi çevriliş və bir də küçə inqilabı mövcuddur. Küçə inqilablarından Qərb 10 illərdir başqa ölkələrdə istifadə edir. O cümlədən də Rusiyaya qarşı bunu edir. Nəinki postsovet məkanı, Rusiyanın özündə də küçə inqilabından Kremlə qarşı istifadə oluna bilər. Azərbaycana gəldikdə isə, inqilablar o vaxt baş verir ki, sosial ədalətsizlikdir, siyasi-iqtisadi islahatlar baş vermir. Azərbaycanda da sosial ədalətsizlik davam etsə, heç bir siyasi-iqtisadi islahat aparılmasa bunun geci-tezi inqilabdır və bu inqlabdan nəinki Qərb, Şimalda, Cənubda istifadə etməyə çalışacaq. Bunun yeganə çıxış yolu geniş siyasi islahatların aparılması, bütün siyasi məhbusların azadlığa buraxılması, təkcə sözdə deyil əməldədə monopoliyanın qaldırılması, orta təbəqənin yaranması, orta və kiçik biznesin inkişafı, korrupsiya ilə real mübarizə, qeyri-neft sektorunun inkişafıdır. Yəni görüləsi iş çoxdur və bunun görülməsi üçün tələsmək lazımdır ki, sonra gec olmasın.

    Agxeber.com
    скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.